1news.az

Bu gün metronun iş qrafikində dəyişiklik ediləcək

12 Dekabr saat 16:52 ~ 1 dəqiqəlik oxu 63
Bu gün metronun iş qrafikində dəyişiklik ediləcək

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək "Qarabağ"-"Düdelanj" komandalarının oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov 1news.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, oyunla bağlı bu gün metronun iş qrafikində də dəyişiklik ediləcək: "Oyunla bağlı metropolitendə tədbirlər planı hazırlanıb. "Bakı Metropoiliteni" QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb.

Tədbirlər planına əsasən, bu gün metronun "Gənclik" stansiyası gecə saat 00:30-a qədər fəaliyyət göstərəcək. Yəni Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyundan sonra stadiona gəlmiş azarkeşləri sona qədər təhlükəsiz daşımaq üçün "Gənclik" metostansiyası gecə saat 00:30-a qədər sərnişin qəbul edəcək.

Bundan başqa, sərnişin sıxlığının yaranmaması üçün stansiya gücləndirilmiş rejimdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvələri artıq cəlb edilib, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib.

Ehtiyac yaranarsa, əlavə qatarlar xəttə buraxılacaq və qatarların hərəkət qrafikində dəyişiklik ediləcək".

Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) oyunu saat 21:55-də başlayacaq.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net