Dövlət vergi ödəyicilərinin bank kreditlərinə dəstək verəcək - TƏHLİL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət vergi ödəyicilərinin bank kreditlərinə dəstək verəcək - TƏHLİL

16:43 - 03 / 04 / 2020
Dövlət vergi ödəyicilərinin bank kreditlərinə dəstək verəcək - TƏHLİL

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb.

Azərbaycanda bütün bunlar nəzərə alınaraq iqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb. Bu proqramla bir çox sahələrə dəstək verilməsi nəzərdə tutulur. Bu dəstəklərdən biri də vergi ödəyicilərinin bank kreditlərinə veriləcək dəstəkdir.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, təkliflər verilib, həmin təkliflərə baxılır.

“Təkliflər çoxdur, həm sosial müdafiə ilə bağlı, həm sahibkarlarla bağlı. Biz də Milli Məclisin İqtisadi Siyasət Komitəsi olaraq öz təkliflərimizi vermişik. Təkliflər koronavirusdan sonrakı dövrdə sahibkarların normal fəaliyyətini bərpa etməsi üçündür”.

Vahid Əhmədov bildirib ki, koronavirus müddəti Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

“Neftin qiyməti aşağıdı, ilk olaraq onun təsiri var, çünki Azərbaycanın ixracı  90 faiz neftdən ibarətdir. Neftin qiyməti indi müəyyən qədər artımlar var. Yəqin ki, neftin qiymətində müəyyən qədər artım olacaq, çünki artıq danışıqlar gedir. Amma daxildə iqtisadiyyatın elə sahələri var ki, onlar koronavirusla əlaqədar dayanıb, işləmir. Burada bir çox məsələlər var, ona görə iqtisadiyyata müəyyən qədər təsir olacaq. Bir hardasa ildə 2-3 faiz artım gözləyirdik, əgər o artımı saxlaya bilsək bu çox böyük əhəmiyyət kəsb edir”.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, İqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, təkliflərdə sahibkarlara 500 manat kredit veriləcəyi nəzərdə tutulub.

“Bankara tövsiyə olunub ki, 15 faizdən çox verilməsin və bu 15 faizin 50 faizini, yəni 7,5 faizi dövlət özü subsidiyalaşdıracaq. Eyni zamanda həmin kreditlərə 3 il müddətində zəmanət veriləcək. Bu 500 milyon manat yeni veriləcək kreditlərə şamil olunacaq. Koronavirus pandemiyasının başlamasına qədər götürülmüş 1 milyard manatlıq kreditlərin isə faiz dərəcələrinin 10 faizini dövlət qarşılayacaq. Eyni  zamanda sahibkarlara vergi güzəştləri də tətbiq olunacaq”.

F.Yusifov bildirib ki,postkoronavirus dövrü bitəndən sonra kreditlərə, dəstəklərə ehtiyac olacaq.

“Dövlət də bunları nəzərə alaraq indidən qabaqlayıcı tədbirlər görür. Bütün tədbirlər postkoronavirus dövrü üçün də nəzərdə tutulur. Biz müəssisələrin bağlanmasını, dağılmasını istəmirik, istəyirik ki, həmin müəssisələr ayaqda qalsın, işçilərini ixtisar etməsinlər. Nəticə etibarı ilə pandemiya başa çatandan sonra işlərini sürətlə davam etdirmələri üçün addımlar atılır”.

Qafar Ağayev

Paylaş:
1589

Son xəbərlər

“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 15:46Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03
Bütün xəbərlər