Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar - FOTO+VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar - FOTO+VİDEO

17:36 - 10 / 08 / 2020
Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar - FOTO+VİDEO

Avqustun 7-də bütün mütərəqqi bəşəriyyət avqustun ilk cümə günü keçirilən illik qeyri-rəsmi bayramı - Beynəlxalq Pivə Gününü qeyd edir.

Bununla əlaqədar olaraq, ötən həftəsonu Carlsberg Azerbaijan pivə istehsalı şirkəti Sapphire otellər şəbəkəsinin brend-şefi Şef Alekslə əməkdaşlıqda KİV nümayəndələri üçün fudpeyrinq keçirdi. Fudpeyrinq (Food Pairing) qastromədəniyyətdə dadın sərhədlərini genişləndirməyə  və  müxtəlif məhsulların,   yemək   və içkilərin ətri və dadına əsaslanaraq onların bir araya gətirilməsinin innovativ metodlarını   seçməyə imkan verən nisbətən yeni bir cərəyandır.

Ölkədə karantin rejiminin tələblərinə riayət etmək məqsədilə tədbir onlayn formatda keçirildi: KİV nümayəndələrinə əvvəlcədən Şefdən yeməklər və Carlsberg Azerbaijan portfelindən bir neçə növdə pivə çatdırıldı. Tədbir zamanı Carlsberg Azerbaijan şirkətinin nümayəndəsi Vüqar Əhmədov hər bir pivənin xüsusiyyətləri və yeməklə kombinasiya prinsipləri barədə danışdı,   Şef Aleks isə  bu çeşidlər üçün qəlyanaltılar və isti yeməkləri hazırlamağın sirlərini bölüşdü.

Belə ki, qonaqlara Xırdalan və Carlsberg klassik çeşidlərə Şefdən xüsusi sousla təqdim olunan barbekü qanadları,   filtrasiya edilməmiş Xırdalan və Carlsberg çeşidlərinə - alabalıqdan hazırlanan balıq cipsləri, Baltika 9 pivəsinə - Asiya üslubunda hazırlanmış toyuq filesi, Kuler pivəsinə - pendirli arançini,   Krounenbourg Blanc 1664-a isə   - tərəvəz ilə pələng krevetkaları təklif olundu.

Bundan əlavə, onlayn tədbirin qonaqlarına bu mövsümün yeniliyi - təbii moruq şirəsini, vitamin premiksi və alkoqolsuz pivəni uğurla bir araya gətirən Baltika 0 Moruq təqdim edildi.

Yüksək keyfiyyətli pivə çeşidləri və onlara diqqətlə seçilmiş yeməklər unikal dad   harmoniyası yaratdı və KİV nümayəndələri tərəfindən yüksək qiymətləndirildi.

Reklam hüququnda

Paylaş:
1414

Son xəbərlər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58Ağdərədə xeyli silah-sursat aşkarlandı22 / 04 / 2024, 15:44Şahdağda sulu qar yağır - Faktiki hava22 / 04 / 2024, 15:20
Bütün xəbərlər