“Cənab Ali Baş Komandan, Sizin döyüş əmrinizi gözləyirik və iradənizə inanırıq” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Ali Baş Komandan, Sizin döyüş əmrinizi gözləyirik və iradənizə inanırıq” – Prezidentə yazırlar

12:48 - 16 / 07 / 2020
“Cənab Ali Baş Komandan, Sizin döyüş əmrinizi gözləyirik və iradənizə inanırıq” – Prezidentə yazırlar

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

İntiqam Mustafayevdən, Tərtər, Azərbaycan

“Hörmətli cənab Prezident.

Dünyanı ağuşuna alan pandemiya dövründə məhz Sizin qabaqlayıcı tədbirlər nəticəsində qonşu dövlətlərlə müqayisədə bizim ölkədə bu virusa yoluxanlar azdır. Sizin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə həyata keçirdiyiniz sosial layihələr əhalinin maddi rifah halının

yaxşılaşdırılmasında əvəzsiz rol oynayır. Koronavirus yayılmağa başlayan vaxtdan yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi əhalinin sağlamlığına göstərilən diqqətin və qayğının təzahürüdür. Həmişə olduğu kimi, yenə də xalqla birgə olduğunuzu əməlinizlə sübut etdiniz. Buna görə Sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə bu sınaqdan az itkilərlə çıxıb, əvvəlki həyatımıza davam edəcəyik”.

Dövran Həsənovdan, Hacıqabul, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycan Ordusunda maddi-texniki təchizatın, o cümlədən hərbi bilik və bacarıqların, döyüş qabiliyyətinin yüksək səviyyədə olması artıq düşmən tərəfə də bəllidir. Düşmən yaxşı bilir ki, Azərbaycanın üzbəüz dayandığı ordu son dövrlər qüdrətini xeyli artırıb, yüksək döyüş potensialına malik olub.

Şübhəsiz ki, bunun arxasında Sizin dayanıqlı siyasətiniz, eyni zamanda, dövlət-vətəndaş birliyi dayanır.

Bir gənc olaraq torpaqlarımızı düşməndən azad etmək üçün Sizin əmrinizi gözləyirəm. Sizin qətiyyətiniz və iradəniz bizlərə güvənc verir. Biz birlikdə güclüyük”.

Sənan Nağıyevdən, Sabirabad, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün ordumuzun qüdrəti düşmən tərəfin canına təşviş salıb. Onların narahatlığı əbəs deyil. Əminik ki, güclü ordumuz Sizin sayənizdə torpaqlarımızı yağı düşməndən azad edəcək.

Mən ehtiyatda olan əsgərəm. Vətənin müdafiəsi uğrunda sağlamlığımı itirmişəm. Amma bu gün də yenidən Qarabağımızın azad olunması üçün döyüşməyə hazıram və əmrinizi gözləyirəm”.

Əli Nəbiyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın dayağı, Vətənimizin cəsur və müdrik oğlusunuz. Azərbaycan xalqı Sizi sevir və daim Sizinlədir. Sizin yüksək idarəçiliyiniz və bacarığınız sayəsində bu gün Azərbaycan dünyada tanınır və ölkəmizin nüfuzu gündən-günə artır. Bu nailiyyətlərin əsasında xalqla iqtidar arasında mövcud olan möhkəm birlik də xüsusi yer tutur. Bizim birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.

Cənab Prezident, biz gənclər Sizi, Sizin siyasətinizi dəstəkləyirik və Sizin əmrinizi gözləyirik.

Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Biz gənclər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşə getməyə hazırıq. Biz birlikdə güclüyük.

Möhtərəm cənab Prezident, bütün sahələrdə yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə cansağlığı arzu edirəm. Allah Sizi hər zaman pənahında saxlasın”.

Teymur Abdullayevdən, Samux, Azərbaycan

“Hörmətli cənab Prezident.

Vətənimlə, düşmən qarşısında dərhal birləşən, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazır olan xalqımla bir azərbaycanlı kimi qürur duyuram. Qətiyyətinizə görə Sizə, birləşdiyinə görə xalqıma, əzəli Azərbaycan torpaqları uğrunda döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin döyüş əmrinizi gözləyir və iradənizə inanıram”.

Ayna Zeynalovadan, Zəngilan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Biz gənclərə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vətənin bu çətin günündə biz gənclər Vətən qarşısında öz borcumuzu qaytarmağa hazırıq.

Cənab Ali Baş Komandan, bütün məcburi köçkün gəncləri adından deyə bilərəm ki, hər birimiz əsgərik və bunu Sizin bir əmrinizlə mənfur düşmənə sübut etməyə, Sizin rəhbərliyinizlə öz ata-baba yurdumuzu erməni işğalçılardan təmizləməyə hazırıq”.

Elvin Kazımlıdan, Sumqayıt, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu günlərdə sərhəd bölgəmizdə güclü ordumuzun düşmənə sarsıdıcı zərbələrlə onların döyüş mövqelərini darmadağın etməsinin şahidiyik. Biz bir vətəndaş olaraq, bir əsgər olaraq hər zaman Sizin yanınızdayıq. Qələbəni səbirsizliklə gözləyirik.

Mən ehtiyatda olan əsgər kimi döyüşə hazıram. Biz Sizinlə bir yerdə güclüyük. Sizin döyüş əmrinizi gözləyirik”.

Cəlal Tağızadədən, Samux, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu günlərdə cəbhədə baş verənlər məni bir gənc olaraq çox təsirləndirdi. Sizin komandanlığınızla bu ruhla, bu inamla və ən əsası xalqın gücünü, dəstəyini bu cür hiss edən bir ordunun qarşısını heç bir ordu kəsə bilməz.

Cənab Prezident, biz Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin üzvləri Sizin “döyüş” əmrinizi gözləyirik”.

Flora Rizvanovadan, Qusar, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən YAP-ın gənc bir üzvü olaraq yürütdüyünüz siyasətlə, uzaqgörənliyiniz və qətiyyətinizlə fəxr edirəm. Bir liderdə, dövlət başçısında olması lazım olan bütün keyfiyyətlər Sizdə cəmləşib. Məhz buna görə də Ali Baş Komandanı olduğunuz Azərbaycanın Milli Ordusu düşmən təxribatının qarşısını vaxtında almağa nail oldu. Sizin yaratdığınız güclü və qüdrətli ordu düşmənə dövlət sərhədini bir addım belə keçməyə imkan vermədi. Düzdür, şəhidlərimiz var. Boş yerə deməyiblər ki, “Torpaq uğrunda ölən varsa, Vətəndir”. Bu gün bizim hər birimiz bir şəhid anasıyıq, bir şəhid balasıyıq, torpağı düşmən tapdağında olan, yurd-yuvalarından didərgin düşmüş qarabağlı və ən nəhayət Ali Baş Komandanımızın “hücum” əmrini gözləyən Azərbaycan əsgəriyik.

Cənab Ali Baş Komandan, YAP gəncləri Sizin əmrinizi gözləyir. Qızlı-oğlanlı hamımız Vətənimizi qorumağa, şəhid olmuş Vətən övladlarının qisasını almağa hazırıq. Sizin iradənizə, ordumuzun gücünə və qüdrətinə güvənirik. Biz Sizdən güc və ilham alırıq. Bu güc, bu qüvvət üçün Sizə təşəkkür edirik. Biz birlikdə güclüyük”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

 

 

 

Paylaş:
1059

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər