1news.az

Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub

1 Dekabr saat 23:41 ~ 1 dəqiqəlik oxu 3930
Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub

2020-ci ilin 1 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, xarici işlər naziri cənab Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazirlər, həmçinin ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələr arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net