1news.az

Deputat: “Doğurdanmı onlar utanmırlar ki, 27 il ərzində üzərlərinə düşən missiyanı yerinə yetirməyiblər”

23 Oktyabr saat 17:52 ~ 3 dəqiqəlik oxu 1540
Deputat: “Doğurdanmı onlar utanmırlar ki, 27 il ərzində üzərlərinə düşən missiyanı yerinə yetirməyiblər”

2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb.

Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, indi Azərbaycanın şanlı ordusu həmin missiyanı BMT Təhlükəsizlik Şurasının əvəzinə yerinə yetirməkdədir:

“Məlum olduğu kimi Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi özünü hərbi fazasını yaşayır. Azərbaycan silahlı qüvvələri əks hücuma keçib. Azərbaycan torpaqlarının işğaldan azad olunması missiyasını həyata keçirməkdədir. Yeri gəlmişkən BMT Təhlükəsizlik Şurası 27 il bundan öncə qəbul edilmiş 4 qətnaməsində məhz elə məsələ belə qoyuşmuşdu, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılması. İndi Azərbaycanın şanlı ordusu həmin missiyanı BMT Təhlükəsizlik Şurasının əvəzinə yerinə yetirməkdədir.

Burada diqqətdən yayınmayan cəhət ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrini icrası haqqında nəinki düşünmür, hətta iki dəfə qapalı toplantı keçirib. Bu qapalı toplantıların da münaqişələrin həllinə yönəlmiş hərhansı bir qərarlar qəbul etməsilə yadda qalmayıb. Sonuncu toplandıdan sonra isə, Təhlükəsizlik Şurasının daimi üvzləri olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri bəyanat qəbul ediblər. Həmin bəyanatın  mətni ilə tanış olduqda görürük ki, burada BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə toxunulmur, diqqətdən kənarda saxlanılır. Bu isə çoxsaylı suallar yaradır. BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olan və Qoşulmama Hərəkatının üzvü olan dövlər isə bu məsələdə obyektiv mövqedə dayanıblar, tələb ediblər ki, yəni, işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılması ilə bağlı məlum qətanamələrin prinsipləri, adları həmin bəyanatda əksini tapsın”.

Deputat bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədri olan bu dövlərlərin belə yanaşması anlaşılmazdır:

“Azərbaycan silahlı qüvvələri hal-hazırda işğal olunmuş ərazilərimizi azad edir və yəqin ki, bu vəziyyətdə onlar Azərbaycanın mövqeyini dəstəkləyən bir yanaşma ortaya qoymalıydılar. Amma əksinə olduğunu görürük. Doğurdanmı onlar utanmırlar ki, 27 il ərzində üzərlərinə düşən missiyanı yerinə yetirməyiblər və yaxud bilmirlərmi ki, BMT nizamnaməsinin 5-ci fəsil, 25-ci maddəsində aydın şəkildə “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir” yazılıb. 25-ci maddəni işə salmaq əvəzinə, ümumiyyətlə, qəbul etdikləri 4 qətnamənin adını belə çəkmək istəmirlər. Bu yanaşma çoxsaylı suallar yaradır.

Eyni zamanda hesab edirəm ki, BMT-nin nüfuzunun aşağı düşməsini şərtləndirən əsas səbəblərdən biri də belə ikili standartlardır. Təsadüfi deyildi ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 75-ci yubiley sessiyasında bütün bu reallıqları nəzərə alıb, BMT və onun Təhlükəsizlik Şurasında ciddi islahatların həyata keçirməsini gündəmə gətirmişdi”.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net