DSX-nin sərhəd zastavasına silahlı hücum - Baş leytenant bıçaqlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX-nin sərhəd zastavasına silahlı hücum - Baş leytenant bıçaqlanıb - FOTO

13:15 - 23 / 09 / 2019
DSX-nin sərhəd zastavasına silahlı hücum - Baş leytenant bıçaqlanıb - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop mad­dələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mü­ha­fizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 20-də saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomo­bilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli apar­­ması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağ­la­ma götü­rərək hadisə yerin­dən uzaq­laş­mağa cəhd edərkən sərhədçilər tərə­findən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalış­ıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət gös­tərib, baş leytenant Al­lahverdi İsmayılova bı­çaq ilə xəsarət yetirib. Buna baxmayaraq sər­hədçi zabit şücaət nü­mayiş etdirmiş və cinayətkarı tərkisilah edərək saxlayıb.

Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yar­­­dım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılmış bağla­maya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxla­nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndi­nin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəl­lüdlü Naxçıvan MR, Babək ra­yon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avto­mo­bi­lin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarla­naraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­di­rilir.

1news.az

 

 

Paylaş:
788

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər