1news.az

Dünyada koronavirusa yoluxanların sayı 230 mindən çox artıb

13 İyul saat 09:58 ~ 1 dəqiqəlik oxu 1520
Dünyada koronavirusa yoluxanların sayı 230 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 230 mindən çox artıb.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 12-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 230 370 nəfər yeni koronavirusa yoluxub, 5 285 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 12 552 765, ölənlərin isə 561 617 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 540 222 yoluxma və 283 357 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 907 654, ölənlərin sayı isə 203 285 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 271 338 yoluxma və 30 652 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net