1news.az

Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır

11 Dekabr saat 13:30 ~ 1 dəqiqəlik oxu 130
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır

"Yeni Azərbaycan Partiyası vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır".

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi - Sədr müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək:

"Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz.

Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net