Ailə üzvlərini zorakılığa məruz qoyan Fuadın xalqa edəcəyi zülmləri düşünək | 1news.az | Xəbərlər
Siyasət

Ailə üzvlərini zorakılığa məruz qoyan Fuadın xalqa edəcəyi zülmləri düşünək

12:03 - 18 / 10 / 2019
Ailə üzvlərini zorakılığa məruz qoyan Fuadın xalqa edəcəyi zülmləri düşünək

Fuad Qəhrəmanlı xalqımızın dəyərlərinə hörmətsizlik edib.

Yetkinlik yaşına çatmayan qızlarına, eləcə də həyat yoldaşına qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə doğma qızının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olmuşdur. Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.

Fuad Qəhramanlının üzdən iraq hərəkətlərini öz övladları yayaraq atalarının hansı əqidədə olduğunu haqlı olaraq nümayiş etdirdilər.

Əziz oxuculara bir məsələni də bildirmək istərdim.

Fuad Qəhrəmanlı siyasi iddiası olan, hakimiyyəti dəyişib onun yerinə keçmək istəyən bir partiyanın sədr müavinidir. Sabah 100 minlərlə Selcan kimi uşağın taleyi ilə bağlı qərar vermək mexanizminə və gücə sahib olmaq iddiasındadır. Belələrinin əlində indi sadəcə fiziki gücü var və şəxsi mənfəəti üçün bundan doğma övladına qarşı istifadə edib. Sabah əllərində hakimiyyət gücü olsa, o zaman nələr edəcəyini bir düşünün.

Radikal xasiyyəti və əməlləri ilə ,xarici havadarlarını sevindirməyə çalışan Fuad Qəhramanlı və onun kimiləri cəmiyyətimizdə bir ünsürdür.Bu istiqamətdə olan ,qara fikirli insanlara qarşı ciddi mübarizə aparmalıyıq.Bir gənc tarixçi kimi qeyd etməliyəm ki,Fuad Qəhramanlı simasında olanların əsas məqsədi mövcud sabitliyi pozmaq və bundan şəxsi maraqları naminə istifadə etməkdir.

Bu gün haqlı olaraq Azərbaycan Prokurorluğu Fuad Qəhramanlının əməllərinə hüquqi qiymət verərək cinayət işi açıb. Bir daha qanun onu göstərir ki, öz ailəsinə zorakılıq etmiş şəxs etdiyi əməllərinə görə cavab verməlidir.

Ailə başçısı həyat yoldaşına,yetkinlik yaşına çatmayan övladlarına dəfələrlə zorakılığa məruz qoyursa buna nə ad vermək olar?Axı bu məlumatı öz ailəsi bildirib.

Bu məqamda Fuad Qəhramanlının özünə oxşar müdafə edənləri peyda olub.Ən dəhşətli məqam isə bundan ibarətdir ki, F.Qəhramanlının saxta lideri Əli Kərimlinin bu ailə zorakılığını əvvəlcədən bilməsi olub.Xalqa xidmətdən uzaq,xarici dairələrin əlaltısı olan Ə.Kərimli bir ailə münaqişəsin həll edə bilməyibsə,baxın bu insan nə qədər separat əməllər sahibidir.

Əli Kərimli və Fuad Qəhrəmanlını birləşdirən ortaq cəhətlərdən biri də zorakılıq, qadın hüquqlarına sayğısızlıqdır. Ən dəhşətlisi Əli Kərimlinin bu barbarlığa özünə xas şəkildə göz yumması, hətta ailə psixoloqluğu etməyə can atmasıdır!

Və bu cinayəti bilərəkdən gizlədib. Belə pirimitiv düşüncə sahiblərini müdafiə edənlər bir başa ailə zorakılığına dəsdək vermiş olurlar.Tarixən bizim şərəfli ailə və ona hörmət ənənənəsi mövcuddur. Öz ailəsinə hörmət etməyən F.Qəhramanlı eyni zamanda xalqımızın dəyərlərinə də hörmətsizlik edib.

Əziz oxucular öz ailəsin idarə edə bilməyən bir şəxsin  böyük arzuları sizcə cəmiyyətə müsbət nə verə bilər?

Əlbətdə heç nə. Saxta xalq çağrışının pərdəarxası xəyanətini də hər birimiz görəcəyik Fuad Qəhramanlı timsalında…

V.Səlimov

Paylaş:
584

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər