Erkan Özoral: Ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri cinayətlər əsl vəhşiliyin göstəricisidir | 1news.az | Xəbərlər
Siyasət

Erkan Özoral: Ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri cinayətlər əsl vəhşiliyin göstəricisidir

21:56 - 22 / 11 / 2020
Erkan Özoral: Ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri cinayətlər əsl vəhşiliyin göstəricisidir

Burada gördüklərimiz bir daha sübut etdi ki, qarşımızda insanlıqdan nəsibini almamış və hər cür pisliyi edə biləcək düşmən var.

Azərbaycanın qazandığı bu zəfər həqiqətən çox böyük qələbədir. Qırx dörd gün ərzində düşmənə qarşı aparılan mübarizə və daha sonra siyasi arenada qazanılan qələbə çox böyük zəfərdir. Azərbaycan xalqını bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Bu fikirləri AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbirinə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

Ermənilərin işğal altındakı ərazilərdə törətdikləri cinayətlərin əsl vəhşiliyin göstəricisi olduğunu vurğulayan diplomat deyib: “Qısaca bu vandallıq və barbarlıqdır. Burada insanlığa sığmayan cinayətlər törədilib, binalar, evlər, yollar dağıdılaraq məhv edilib. Ermənilər bu ərazilərdə öz məkrli maraqlarını güdərək, buraları insanın yaşaya bilməyəcəyi şəkildə xarabazara çeviriblər. Azərbaycan mədəniyyət abidələrinə, yaşayış məntəqələrinə yüksək diqqət və qayğı göstərdiyi halda, ermənilər əksinə, təsəvvür edilməyəcək qədər cinayətlər törədib, daş üstündə daş qoymayıblar. Həqiqətən də çox üzücü bir vəziyyətdir. Amma, Allaha şükür, torpaqlarımız işğaldan azad edildi. Bu torpaqların abadlaşdırılıb gülüstana çevriləcəyi günü tezliklə görəcəyik".

S.Xankişiyeva

 

Paylaş:
779

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər