“Evdə qalın”: TAC şirkəti evlərə çatdırılma xidmətini davam etdirir -  FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Evdə qalın”: TAC şirkəti evlərə çatdırılma xidmətini davam etdirir -  FOTO

11:30 - 03 / 04 / 2020
“Evdə qalın”: TAC şirkəti evlərə çatdırılma xidmətini davam etdirir -  FOTO

Ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar «TAC» şirkəti, əhalinin karantinə riayət etməsinə kömək etmək üçün şirkət tərəfindən istehsal olunan məhsulların evlərə çatdırılması xidmətinə başlamışdır.

Əhaliyə həm 20 litr tutumlu böyük, həm də 0,5 - 2 litr tutumlu balaca qablaşdlrmada yüksək keyfiyyətli təbii «Aquavita» suyunun çatdırılması təklif olunur. Eyni zamanda istehlakçılar sifarişlərini «Gülüstan» limonadları və «Şahdağ» içkilərinin fərqli çeşidləri ilə şaxələndirə bilərlər. Məhsulların çatdırılması pulsuzdur.

«TAC» şirkətinin baş direktoru Arzu Yusifovanın sözlərinə görə, belə bir xidmətin təklif edilməsi zərurəti, pərakəndə satış şəbəkələrində son zamanlarda həddindən artıq yüklənmiş sifarişlər səbəbindən evlərə məhsul çatdırılmasının çətinləşdiyinə görə yaranmışdır. Çatdırılma xidməti koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən elan olunan karantin vəziyyətində mükəmməl və zəruri olan bir həlldir.

«Ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir! Azərbaycanda koronavirus infeksiyasının ortaya çıxması ilə əlaqədar mövcud çətin vəziyyətdə hər kəs ortaq işə öz töhfəsini verməli, bir-birinə dəstək olmalı və kömək etməlidir. Məhz buna görə vətəndaşlarımıza həm yüksək keyfiyyətli su, həm də müxtəlif içkiləri evdən çıxmadan, birbaşa qapılarına sifariş vermək imkanı yaradırıq!» - deyə, A.Yusifova qeyd etdi.

Xidmətdən həm yaşlı insanlar, həm də tənha valideynlər istifadə edə bilərlər. Sifarişlər çatdırılmadan bir gün əvvəl qəbul edilir. Müştərilər çatdırılma şərtləri, məhsul növləri və minimal sifarişın miqdarı barədə məlumatı qeyd olunan telefon nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər:

012-447-4006 / 012-447-29-70 / 80 / 055-288-99-01 / 050-225-00-77

İstehlakçıların «canlı» təbii su və ekoloji cəhətdən təhlükəsiz sərinləşdirici içkilərlə təmin olunması «TAC» şirkətinin öz üzərinə götürdüyü və 24 il ərzində müvəffəqiyyətlə həyata keçirdiyi əsas vəzifəsidir.

«TAC» şirkəti yarandığı ilk gündən etibarən istehsalat prosesində beynəlxalq standartlara və normalara riayət edir. Bunun əsas amilləri - Bakıdan 200 kilometr uzaqlıqda Xaçmaz rayonunun ekoloji təmiz meşə massivində yerləşən 420 metr dərinlikdə artezian quyusundan çıxarılan təbii mənbə suyu və dövlət tərəfindən akkreditə olunmuş və bütün texnoloji proses zəncirinə nəzarət edən şirkətin laboratoriyalarıdır.

Suyun artezian quyusundan hasıl olunması, zavoda xüsusi avto-sisternlər ilə daşınması, xüsusi rezervuar çənlərdə saxlanılması, istehsal zəncirində bütün texnoloji əməliyyatlarının ən müasir avadanlıqlarda və yalnız avtomatik rejimdə keçməsi – təbii mənbədə başlayan və hazır məhsul ilə bitən prossesdə həyata keçirilən tədbirlərinin tam siyahısı deyil.

Mexaniki qarışıqlardan üç pilləli təmizlənmə ilə yanaşı, su ultrabənövşəyi şüalarla zərərsizləşdirilir, sanitar-gigiyenik norma və qaydalara riayət edilərək müxtəlif həcmli qablara doldurulur. İstehsalatın hər bir etapında - quyu, sisterna, rezervuar, hazır məhsul - suyun kimyəvi, mikrobioloji və orqanoleptik nəzarəti zavodun nəzdində quraşdırılan xüsusi laboratoriyalar tərəfindən həyata keçirilir.

Qeyd edək ki, «TAC» şirkəti əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Azərbaycanda yaradılan ilk şirkətdir. «Suyun keyfiyyəti - həyatın keyfiyyəti!» şirkətin uzun illər ərzində əməl etdiyi əsas şüarıdır ki, daxili bazarda əldə etdiyi uğur və etibar məhz bu yanaşmanın nəticəsidir. «TAC» şirkətinin bütün məhsulları - həm  içməli sular, həm  müxtəlif sərinləşdirici içkilər, dünyanın aparıcı istehsalçılarından «Krones», «Husky», «Universal Aqua» və s. avadanlıqlar vasitəsilə istehsal olunur. Məhsulların keyfiyyəti beynəlxalq ISO 9001:2008 və ISO 22000:2005 sertifikatları ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini, həmçinin müəssisənin fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, «TAC» şirkətinin ərazisində koronavirus infeksiyasının qarşısının alınması üçün kompleks tədbirlər planı hazırlanmış və həyata keçirilmiş, istehsal zəncirinin bütün mərhələlərində nəzarət gücləndirilmişdir.

«Bütün ölkə üçün bu çətin günlərdə biz də əziz həmvətənlərimizə ölkənin tənzimləyici strukturlarının tövsiyələrini yerinə yetirməyi, gigiyena qaydalarına riayət etməyi və mümkün qədər evdə qalmağı tövsiyə edirik.

Özünüzü və yaxınlarınızı qoruyun!»

Reklam hüququnda

Paylaş:
962

Son xəbərlər

AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40
Bütün xəbərlər