Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir - FOTO

15:06 - 30 / 05 / 2020
Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir - FOTO

Hazırda işlər şəhərin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektləri, habelə Məmməd Xələfov küçəsində aparılır. 

Adıçəkilən ərazidə binaların həyətləri abadlaşdırılır, səkilərdə səligə-səhman yaradılır, yol kənarlarındakı yaşılııq zolaqları bərpa edilir. İşlərin gedişatına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamaran Məhərrəmov sözügedən əraziyə baş çəkiblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı əsasında əraziyə gələn rəsmilər, işlərin gedişatı ilə yerində tanış olublar.

İşlər xüsusilə Məmməd Xələfov küçəsində geniş vüsət alıb. Burada çoxmənzilli binaların qarşısındakı yaşıllıq zolaqları bərpa edilir, səkilərə bardür daşları düzülür, ehtiyac olan hissələrdə yolun asfalt örtüyü bərpa edilir. İri gövdəli ağacların yola tərəf əyilən və yol nişalarının görünməsinə mane olan budaqları budanır. Əraziyə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

Abadlıq-quruculuq işləri Gəncədə inşası davam edən yeni modul tipli xəstəxananın ətrafında da aparılır. Səməd Tomuyev və Kamran Məhərrəmov qeyd edilən ərazidə də olublar. Onlar burada iş icraçıları görüşüb, öz tapşırıq və tövsiyyələrini veriblər.

 

Reklam hüququnda

Paylaş:
1078

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər