Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı

10:07 - 14 / 02 / 2020
Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib.

“Report”un əldə etdiyi məlumata görə, H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.

S.Xankişiyeva

 

Paylaş:
1268

Son xəbərlər

Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08
Bütün xəbərlər