Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb – FOTO

10:48 - 19 / 04 / 2019
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb – FOTO

Aprelin 19-da AZƏRTAC-ın sədrliyi və Vyetnamın VNA xəbər agentliyinin təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iclasda iştirak edən Vyetnamın Baş nazirinin müavini Vu Duc Dam, informasiya və kommunikasiya texnologiyaları naziri Nguyen Manh Hung və nümayəndə heyətləri OANA-nın üzv agentliklərinin təqdim etdiyi fotolardan ibarət sərgiyə baxıblar. Rəsmi qonaqlar AZƏRTAC-ın təqdim etdiyi fotolarla da maraqla tanış olublar.

İclasın açılış mərasimində Vyetnamın dövlət himni səslənib, bu ölkəyə həsr olunan videoçarx nümayiş etdirilib.

VNA agentliyinin baş direktoru Nquyen Duc Loi çıxışında OANA İcraiyyə Komitəsinin iclasının Hanoyda keçirilməsini bu təşkilatın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib. O, iclasın təşkilinə göstərdiyi dəstəyə görə OANA-nın sədrinə - AZƏRTAC-a təşəkkür edib.

Sonra çıxış edən Vyetnamın Baş nazirinin müavini Vu Duc Dam müasir medianın informasiya texnologiyalarının inkişafı dövründə ciddi çağırışlarla üz-üzə qaldığını qeyd edib. O deyib ki, yalnız jurnalistika dəyərlərinə söykənən media bu çağırışların öhdəsindən məharətlə gələ biləcək. Bu baxımdan OANA-nın inkişafının vacibliyini vurğulayan Baş nazirin müavini təşkilatın prezidenti Aslan Aslanovun və AZƏRTAC-ın sədr kimi bu istiqamətdə səylərinin önəmli olduğunu diqqətə çatdırıb.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iştirakçıları salamlayaraq iclasın yüksək səviyyədə keçirilməsinə görə Vyetnam hökumətinə, Baş nazirin müavininə və VNA agentliyinə təşəkkürünü bildirib.

Müasir dövrdə media qurumları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edən OANA prezidenti deyib ki, Dünya Xəbər Agentlikləri Konqresi və OANA-nın sədri olaraq AZƏRTAC hər iki qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə öz töhfəsini verməyə çalışır. Bu baxımdan səmərəli əməkdaşlıq mexanizmləri, innovasiyalar və təcrübə mübadiləsi kimi üç amil daim diqqətdə saxlanılır.

"Müasir yeniliklərə adaptasiya olmaq vacib amildir. Eyni zamanda, jurnalistika ənənələrini qoruyub saxlamaq da bizim peşə borcumuzdur. Onlayn media və sosial şəbəkələrin geniş yayıldığı, feyk xəbərlər kimi təhlükəli meyilin gücləndiyi bir vaxtda informasiyanın düzgünlüyünü, obyektivlik və tərəfsizliyini daim yüksək tutmaq üçün mütəmadi səylər göstərməli oluruq, bu sınaqlardan birgə keçməyə çalışırıq. Regionun əsas xəbər agentliklərini birləşdirən OANA bu çağırışlara tutarlı cavab vermək üçün güclü platformaya çevrilə bilər. Bunun üçün yenilikləri gecikmədən tətbiq etmək, təşkilatı daha da müasirləşdirmək, daha çevik informasiya mübadiləsi mexanizmləri yaratmaq lazımdır", - deyə Aslan Aslanov vurğulayıb.

Qeyd edək ki, Hanoyda işə başlayan OANA İcraiyyə Komitəsinin 44-cü iclası aprelin 20-dək davam edəcək.

İclasda Türkiyənin Anadolu, Rusiyanın TASS, Avstraliyanın AAP, Cənubi Koreyanın Yonhap, Ərəb Əmirliklərinin WAM, Çinin Sinxua, İndoneziyanın Antara, Malayziyanın Bernama, İranın İRNA, Yaponiyanın Kyodo və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər.

OANA-nın cari məsələlərinin, media qarşısında duran çağırışların, feyk xəbərlərlə mübarizənin, faktların yoxlanması, agentliklərin üzləşdiyi problemlərin müzakirə edildiyi iclasda təşkilatın Mükəmməllik Mükafatının qalibləri elan olunacaq.

İclas işini davam etdirir.

S.Xankişiyeva

Paylaş:
3411

Son xəbərlər

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09
Bütün xəbərlər