Həyatları xilas edən smartfon - Samsung Galaxy S10 | 1news.az | Xəbərlər
İqtisadiyyat

Həyatları xilas edən smartfon - Samsung Galaxy S10

10:00 - 14 / 08 / 2020
Həyatları xilas edən smartfon - Samsung Galaxy S10

Smartfon həyatımızın vacib bir hissəsidir, onun köməyi ilə ünsiyyət qururuq, istirahət edirik, oyun oynayırıq və iş həyatımızı təşkil edirik, lakin, düzgün seçilmiş smartfon həm də təhlükəli vəziyyətdə köməyimizə yetə bilirmiş. Belə ki, Avstraliya cütlüyünün başına gələn çətin bir hadisədə Samsung Galaxy S10, sözün əsl mənasında həyatlarını xilas edib.

Bu ilin iyun ayında yaşanan hadisəni, gənclər əlbəttə ki, uzun müddət unuda bilməyəcəklər. Cesika və Lindsey, Kerns (Avstraliya) sahillərindən 38 kilometr uzaqda motorlu gəmidə istirahət edirdilər. Ərazi turistlər tərəfindən çox populyardır və Böyük Baryer Rifi ilə məşhurdur. Burada mərcan rifi ilə qorunan sualtı dünya müxtəlif orqanizmlərin bolluğu və inanılmaz gözəlliyi ilə heyran edir.

Lakin, cütlüyün istirahəti heç başlamamış qəflətən sona çatmışdı, belə ki, lövbər ipinə dolaşan motor səbəbindən qayıq dalğa ilə üz-üzə gələrək çevrilmişdi.

Anidən baş verən hadisə Cesika və Lindseyi qəflət yaxaladığından xilas etmə jiletləri və radio mayakı götürməyə macal tapmayan cütlük, sadəcə lövbərin üzücü nişanından tutaraq su üzündə qalmağa müvəffəq olur.

Suda bir müddət qaldıqdan sonra gənclər vəziyyətdən çıxış yolu tapmağa qərar verirlər və Cesikanın smartfonunun - Samsung Galaxy S10, tamamilə işlək vəziyyətdə olduğunu aşkarlayırlar. Cesika xilasedicilərlə əlaqə saxlayaraq, Google Maps əlavəsindən istifadə edib, gəmi qəzasının baş verdiyi yerin görüntülərini onlara göndərir. Qeyd edək ki, elə sözü gedən həmin bu məlumat zərərçəkənlərin tapılmasında böyük rol oynayıb.

Ümumilikdə suda iki saatdan artıq vaxt keçirdikdən cütlüyü ancaq gecə saatlarında tapa biliblər, lakin, bundan sonra da Samsung Galaxy S10 sahibinə gözlənilməz bir şəkildə kömək edib.

Smartfonun fənər funksiyasından nadir hallarda istifadə edirik, lakin ağıllı cihazın bu qabiliyyəti sayəsində cütlüyü qaranlıqda aşkar etmək mümkün olub. Belə ki, Samsung Galaxy S10 zülmət qaranlıq şəraitində sözün əsl mənasında xilasedicilərin yolunu işıqlandırıb. 

Bu hekayə, çətin vəziyyətlərdə belə, Galaxy smartfonlarının davamlılığının misilsiz bir nümunəsidir. Qeyd edək ki, Cesikanın  Galaxy S10-nu  hələ də əla işləyir və sahibini istənilən çətin vəziyyətdən qurtarmağa hazırdır.

Reklam hüququnda

Paylaş:
917

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər