1news.az

“İki sahil”in nəşrə başlamasından 29 il ötür

10 İyul saat 16:20 ~ 1 dəqiqəlik oxu 4050
“İki sahil”in nəşrə başlamasından 29 il ötür

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən olan “İki sahil”in ilk nömrəsinin çapdan çıxmasından 29 il ötür.

1991-ci ilin 10 iyulunda Azərbaycan mətbuatının sıralarına qoşulan bu mətbu nəşr az müddətdə ön sıralarda qərarlaşmağı bacardı. Xüsisilə hadisələrə obyektiv və operativ münasibət qəzetin oxucularının sayını artıran əsas amil oldu. Bu mətbu orqanında siyasətlə yanaşı, iqtisadiyyat, mədəniyyət xəbərlərinin də geniş yer alması oxucuların böyük rəğbətinə səbəb olmaqla, onların müxtəlif səpkili məktublarının qəzetə yol açmasına stimul verdi. Beləcə, günlər ayları, aylar illəri əvəzlədikcə “İki sahil”in uğurları artdı, oxucu auditoriyası genişləndi. Xüsusilə fəaliyyətində müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi prinsipinə sadiqlik özünü hər addımda təsdiqlədi.

“İki sahil” qəzeti bugünkü qəzet bolluğunda da peşəkar jurnalist kollektivi ilə hadisələrə operativ reaksiya verir və dövrüliyinə görə ölkənin ən nüfuzlu mətbu orqanlarından hesab olunur.

Ad günün mübarək, “İki sahil”! Daha neçə 29 illər yaşayasan və ölkəmizin inkişafında, onun mənəvi saflaşmasında öz töhfələrini verməkdə davam edəsən!

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net