1news.az

İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avqust saat 11:45 ~ 1 dəqiqəlik oxu 1940
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

Avqust ayının 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net