1news.az

İslamabadda “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir – FOTO

24 Oktyabr saat 19:12 ~ 2 dəqiqəlik oxu 2100
İslamabadda “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir – FOTO

Ermənistanın Azərbaycana qarşı təcavüzü və müllki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Azərbaycanın Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini anmaq və erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə İslamabadın ən böyük alış-veriş mərkəzi olan “Centaurus Mall”-da keçirilən aksiyada Erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşənin nümayişinə başlanıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşəbbüsü ilə baş tutan bu aksiyada Ermənistanın xain iç üzünün, əliyalın, evlərində xəbərsiz yatmış mülki əhalinin, uşaqların raket hücümlarına məruz qoyaraq qətlə yetirməsinin və bu qəddar hücümların fəsadlarının geniş Pakistan ictimaiyyətinə çatdırılması nəzərdə tutulur. Orta hesabla gündəlik 35 min ziyarətçisi olan bu ticarət mərkəzində quraşdırılmış böyük ekranda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə həyata keçirilmiş çoxsaylı raket hücümlarının fəsadlarının video nümayişi də gün ərzində keçirilir.

Pakistanın müəyyən rəsmi şəxsləri, Azərbaycan Respublikasının Pakistandakı səfiri və səfirliyin kollektivi, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı guşəni ziyarət edərək onun qarşısına güllər və oyuncaqları qoyaraq həlak olanların xatirəsinə öz ehtiramlarını ifadə ediblər.

Güşənin ziyarətçisi olan minlərlə paytaxt sakini dinc əhaliyə qarşı Ermənistanın bu qəddar əməllərindən heyrətlərini bildirib və insanlığa qarşı olan bu hərbi cinayəti qəti qınayıblar. Ziyarətçilərin çoxsaylı təklifləri, sualları və Azərbaycanla həmrəylik bildiriən fikirləri səfirlik əməkdaşları tərəfindən gün ərzində dinlənilir və cavablandırılır.

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net