Kabildə partlayışda ölənlərin sayı 95-ə çatıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Kabildə partlayışda ölənlərin sayı 95-ə çatıb – YENİLƏNİB

18:30 - 27 / 01 / 2018
Kabildə partlayışda ölənlərin sayı 95-ə çatıb – YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabil bu gün baş verən partlayışın qurbanlarının sayı 95-ə çatıb.

Hadisə nəticəsində daha 158 nəfər xəsarət alıb. Daha öncə 63 nəfərin öldüyü, 151 nəfərin yaralandığı bildirilirdi.

Partlayışa görə, məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.

17.42

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 63 nəfərə çatıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində 151 nəfər yaralanıb. Terror aktını təşkil etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Partlayışa görə, məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.

13:43

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Partlayış diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilib.

Partlayışın gücündən bir neçə binada pəncərə şüşələri sınıb. Məlumata görə, 10 nəfər ölüb, 79 nəfər yaralanıb. Partlayışı bomba qoyulmuş avtomobildə terrorçu-kamikadze törədib.

Xəsarət alanlar barədə məlumat yoxdur.

S.Xankişiyeva

 

Paylaş:
741

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər