Komitə sədri özəl sektoru koronavursla mübarizədə dövləti dəstəkləməyə ÇAĞIRDI | 1news.az | Xəbərlər
Siyasət

Komitə sədri özəl sektoru koronavursla mübarizədə dövləti dəstəkləməyə ÇAĞIRDI

15:40 - 20 / 03 / 2020
Komitə sədri özəl sektoru koronavursla mübarizədə dövləti dəstəkləməyə ÇAĞIRDI

Hazırda dünyada görülən bütün tədbirlərə rəğmən koronavirus epidemiyasının yayılması davam edir.

Bu epidemiyanınn qarşısının alınması üçün görülən məhdudlaşdırıcı tədbilər paralel olaraq dünya iqtisadiyyatına, iqtisadi münasibətlərə, o cümlədən neftin qiymətinə mənfi təsirləri əsas iqtisadi risklərdəndir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkə prezidentinin koronavirusun qarşısının alınması və təsirlərinin azaldılmasına görə 1 milyard manat pul ayırması haqqında sərəncamına münasibətində bildirib:

“Bildiyiniz kimi, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da virus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə, turizm, ticarət, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin epidemiyaya kütləvi yoluxmasının qarşısı alınmışdır. Dövlətin bu istiqamətdə atdığı addımlar tam alqoritmləşmiş və kifayət qədər təsirli addımlardır. Eyni zamanda aparılan təhlillərə görə həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığa təsir edə və təsirə məruz qalan sahələrdə sahibkarların itkilərlə üzləşməsinə, insanların iş yerlərini itirməsinə səbəb ola bilər.

Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirləri aradan qaldırılmaq, əhalinin sosial rifah halını qorumaq və iqtisadi inkişafın davamlığını təmin etmək üçün iqtisadi sahədə də antivirus tədbirlərinin görülməsini zəruri etməkdədir. İqtisadiyyatı da bu virusdan yoluxmağa qorumaq əsas vəzifələrdəndir.

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlar son 16 ildə artmış və çətin günlər üçün dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir. Dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir.

Pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək və müvafiq tədbirlər görmək üçün cənab Prezident dünən xüsusi bir sərəncam imzalamışdır. Bu məqsədlə ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə pandemiyanın mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat vəsait ayrıldı. Sərəncam 4 istiqamətdə xüsusi tədbirlərin görülməsini nəzərdə tutur, 1. pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək, 2. sahibkarlıq subyektlərinə dövlət dəstəyi, 3. məşğulluq problemlərinin və sosial problemlərin həlli və 4. makroiqtisadi sabitliyin qorunub saxlanması üçün tədbirlər planın hazırlanması. Qeyd edim ki, ayrılan vəsait ölkənin ÜDM-nin 1.3%-nə, büdcə gəlirlərinin isə 4.2% nə bərabərdir.

Göründüyü kimi, dövlət başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir.

Amma eyni zamanda düşünürəm ki, dövlətlə yanaşı, özəl sektorun da belə günlərdə daha çox sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etməsi ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün vacibdir.

Əminəm ki, görülən bu tədbirlər iqtisadiyyatımızı daha da gücləndirəcək və əhalinin sosial müdafiəsi sahəsində yeni uğurlara nail olunacaq!”.

Prezident koronavirusa görə 1 milyard manat ayırdı

YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində yardım edir

Azərbaycanda koronavirusla mübarizəyə əlavə 20 milyon manat ayrılacaq

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsi gücləndirilir

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti ilə bağlı Qayda təsdiqlənib

S.Xankişiyeva

 

Paylaş:
846

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər