1news.az

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb

1 Dekabr saat 11:12 ~ 1 dəqiqəlik oxu 1790
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb

Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Laçın Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda bu istiqamətdə hazırlıq aparılır: "Bu gün Azərbaycan Ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə köçürüləcək".

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net