1news.az

Ləğv prosesində olan bankın əmanətçilərinə 598 milyon manata yaxın kompensasiya ödənilib

28 Noyabr saat 10:18 ~ 1 dəqiqəlik oxu 5760
Ləğv prosesində olan  bankın əmanətçilərinə 598 milyon manata yaxın kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23,9 min qorunan əmanətçisinə 597,558 milyon manat kompensasiya ödəyib.

1news.az-ın fonda istinadən məlumatına görə, “AGBank”ın 4,5 min əmanətçisinə 105,4 milyon manat, “NBC Bank”ın isə 4,1 min əmanətçisinə 225,5 milyon manat, “Atabank”ın 9,6 min əmanətçisinə 234 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisinə isə 138 milyon manat kompensasiya ödənilib.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Kapital Bank”ın 35 filialında ödənilir.

Qafar Ağayev 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net