1news.az

Magistral yollarda hərəkət edən sürücülərə ÇAĞIRIŞ

13 Avqust saat 17:00 ~ 1 dəqiqəlik oxu 79
Magistral yollarda hərəkət edən sürücülərə ÇAĞIRIŞ

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (AHNX) Qurban bayramı ilə əlaqədar ölkənin magistral yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə çağırış edib.

1news.az-ın verdiyi xəbərə görə, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi bu gün artıq başa çatır:

“Ona görə də, Qurban bayramı ilə əlaqədar olaraq regionlara gedən və hazırda Bakıya qayıdan sürücülərdən xahiş edirik ki, yoldakı sıxlığı nəzərə alsınlar. Həmçinin magistral yollarda şəxsi avtomobilləri ilə hərəkət edən sürücülər ötmə əməliyyatlarına düzgün əməl etsinlər, sürət həddini aşmasınlar və digər qayda pozuntusuna yol verməsinlər”.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net