1news.az

Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq

14 Yanvar saat 14:21 ~ 1 dəqiqəlik oxu 1360
Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq

Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalayıb.

1news.az xəbər verir ki, layihənin dəyəri 218 milyon avrodur.

"Tekfen Holdinq" verdiyi açıqlamada layihə inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.

Şirkətin baş direktoru Mustafa Kopuzun sözlərinə görə, Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq. O bildirib ki, 67 981 kvadrat metr ərazidə inşa olunacaq binanın tikintisi 3 il davam edəcək. Bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq.

Qeyd edək ki, "Tekfen İnşaat" şirkəti "SOCAR Tower" və Bakı Olimpiya Stadionunun tikintisini həyata keçirib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net