1news.az

Məşhur qapıçı karyerasını bitirdi

19 Fevral saat 17:00 ~ 1 dəqiqəlik oxu 213
Məşhur qapıçı karyerasını bitirdi

"Portu"nun qapıçısı İker Kasilyas karyerasını bitirib.

1news.az goal.az-a istinadən xəbər verir ki, bunu klub prezidenti Jorje Nunu Pinto Portuqaliya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, Kasilyas tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək.

Ötən ilin mayında infarkt keçirən İker Kasilyas həmin vaxtdan yaşıl meydanlara çıxmır.

Xatırladaq ki, 39 yaşlı qolkiper İspaniya Futbol Federasiyasının prezidentliyi vəzifəsinə namizəddir.

Qeyd edək ki, İspaniya millisinin və "Real"ın əfsanəvi oyunçusu yığmada (2000-2016) 167 oyun keçirib. O, "Portu"ya qədər yalnız "Real"da oynayıb. Madrid klubunun yetirməsi 2015-ci ildən "Portu"da çıxış edirdi.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net