1news.az

Metronun yeni stansiyasına Polad Həşimovun adı veriləcək? – RƏSMİ

14 Sentyabr saat 11:56 ~ 1 dəqiqəlik oxu 2060
Metronun yeni stansiyasına Polad Həşimovun adı veriləcək? – RƏSMİ

Metronun tikilməkdə olan yeni stansiyasının şəhid general Polad Həşimovun adına olacağı ilə bağlı məlumatlar dəqiq deyil.

Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sosial şəbəkələrdə metronun hansısa stansiyasına general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir: "Bu barədə yayılan video “Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb və xəbərimiz yoxdur. Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil. Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti baxır. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net