“MFL Carlsberg Biznes Liqası”nın II turu: “Avromed”dən darmadağın, “Go Sport” – “Norm Sement” oyununda səssizlik – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“MFL Carlsberg Biznes Liqası”nın II turu: “Avromed”dən darmadağın, “Go Sport” – “Norm Sement” oyununda səssizlik – FOTO – VİDEO

16:50 - 21 / 01 / 2020
“MFL Carlsberg Biznes Liqası”nın II turu: “Avromed”dən darmadağın, “Go Sport” – “Norm Sement” oyununda səssizlik – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın 2-ci turunun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm A, həm də B qruplarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlərin əksəriyyəti gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, ilk turda A qrupunun və bütünlüklə ilk turun ən qollu qarşılaşması “Katsan Group” və JTİ komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 14 qol. Rəqibinə 8:6 hesabı ilə qalib gələn birincilər meydanı üç xalla tərk ediblər.

“Avromed”in rəqibi CES-i 6:0 hesabı ilə darmadağın etdiyi turda METAK – “Universal” görüşü xüsusilə gərgin mübarizə şəraitində keçib 6:6 hesablı bərabərliklə başa çatıb.

B qrupunun ən qollu qarşılaşması “Ruma Hotels” – “İSR Holding görüşündə qeydə alınıb – 10 qol. Rəqibinə 2:8 hesabı ilə qalib gələn holdinq təmsilçiləri sevinən tərəf olublar.

“Azersun” rəqibi “PalatYol”un qapısından 6 top keçirib. İkincilərin gücü yalnız təsəlli qoluna çatıb. “Go Sport” – “Norm Sement” görüşündə isə qapılara top vurulmayıb. Bu, turda “quru” hesabla başa çatan yeganə oyun olub.

Turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

26 yanvar tarixində III tur çərçivəsində baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın eksklüziv tərəfdaşı “Carlsberg” şirkətinin ölkəmizdəki təmsilçisi “Carlsberg Azerbaijan” şirkətidir. Turnirin təşkilati dəstəyi isə AFFA tərəfindən təmin edilir.

Öz qruplarında ilk 4 yeri tutan komandalar play-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.

Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
1057

Son xəbərlər

Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25
Bütün xəbərlər