Mikayıl Cabbarov: Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir

13:59 - 29 / 01 / 2020
Mikayıl Cabbarov: Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir

Dünya İqtisadi Forumu unikal bir platformadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumuna hər il dəvət alan və xüsusi sessiyalarda iştirak edən dünya liderləri sırasındadır.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu İctimai Televiziyada "Diqqət mərkəzində" verilişində qonaq olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycan iqtisadi maraqlar prizmasından dayanıqlı inkişaf məqsədlərini əsas götürərək Davos Forumunun işindən maksimal dərəcədə faydalanmağa çalışır:

"Bu, həmin formatda bir sıra səbəblərə görə mümkün olur. Birincisi ona görə ki, forumda dünya biznes liderləri, regiona marağı olan şirkətlərin, beynəlxalq inkişaf qurumlarının rəhbərləri, nümayəndə heyətləri iştirak edir. Forum çərçivəsində keçirilən istər ikitərəfli, istərsə də çoxtərəfli görüşlərdə, müzakirələrdə, sessiyalarda bu və ya digər ölkələrin iqtisadiyyatı ilə bağlı birbaşa müzakirələr aparılır, vacib və mühüm investisiya layihələri təqdim edilir. Bir sözlə, qərarlar qəbul edilir və rəy formalaşır. Ona görə də düşünürəm ki, ölkəmiz üçün Dünya İqtisadi Forumunun əsas əhəmiyyəti məhz bu imkanlardan mümkün qədər geniş istifadə etməkdir".

M.Cabbarov qeyd edib ki, Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir:

"Biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Bu, iqtisadi, o cümlədən sosial həyatın transformasiyasına təsir edir. Digər tərəfdən dövlətin qarşısına yeni çağırışlar çıxır. İqtisadiyyatın rəqəmsallaşması, innovasiyalar və süni intellekt sahələrinin, habelə yeni iqtisadi sektorların inkişaf etdirilməsi, vətəndaşların bu sahələrdə zəruri olan bilik və bacarıqlarının artırılması istiqamətində müvafiq dövlət siyasətinin həyata keçirilməsini tələb edir. Bununla yanaşı, innovativ düşüncəni, innovativ biznesi təşviq edən ekosistemin yaradılması əsas məsələlərdəndir. Davos İqtisadi Forumunun təsisçisi Klaus Şuap da yüksək potensiala malik olan, sözügedən sahələrin vacibliyini dərk edən və bunu öz daxili siyasətlərində təşviq edən ölkələrlə əməkdaşlıq təşəbbüsü ilə çıxış etdi. Azərbaycan həqiqətən də bu sənədin imzalandığı nadir ölkələrdəndir. Bu sənədin çərçivəsi ondan ibarətdir ki, növbəti aylar ərzində mərkəzlə Azərbaycanın müvafiq strukturları və qurumları arasında müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq ölkəmizdə dördüncü sənaye inqilabı çərçivəsində prioritet sahə kimi müəyyənləşmiş rəqəmsal ticarətin inkişaf etdirilməsi, genişləndirilməsi, bu sahədə layihələrin ortaya qoyulması, dövlət siyasətinin tətbiqi yoxlanılacaq".

İqtisadiyyat naziri əlavə edib ki, bu mərkəz bölgədə ilk dəfə yaradılır:

"Bölgə dedikdə, mən Xəzəryanı ölkələri, Orta Asiya və Cənubi Qafqazda yerləşən ölkələri nəzərdə tuturam. Bu məsələnin vacibliyinə toxunsaq, ilk növbədə onu vurğulamaq lazımdır ki, ölkəmizdə innovativ iqtisadiyyatın inkişafı prioritet sahələrdən biri kimi qeyd edilib. Cənab Prezidentin müvafiq qərarı ilə startap sahəsində ixtisaslaşmış təşkilat və Prezident Administrasiyasında bu məsələlərə cavabdeh olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsi təsis edilib. Bu, dövlətin bu sahəyə verdiyi önəmin aydın göstəricisidir".

1news.az

Paylaş:
1420

Son xəbərlər

Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59
Bütün xəbərlər