1news.az

MN: Ermənistanın hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli hərbçisi məhv edilib

30 Oktyabr saat 10:39 ~ 1 dəqiqəlik oxu 2300
MN: Ermənistanın hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli hərbçisi məhv edilib

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

Qafar Ağayev 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net