Mübariz Əhmədoğlu: Elvin İbrahimov nümunəsi ermənilərin humanist məsələlərə faşist kimi yanaşdıqlarını sübut etdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Elvin İbrahimov nümunəsi ermənilərin humanist məsələlərə faşist kimi yanaşdıqlarını sübut etdi

10:06 - 15 / 05 / 2019
Mübariz Əhmədoğlu: Elvin İbrahimov nümunəsi ermənilərin humanist məsələlərə faşist kimi yanaşdıqlarını sübut etdi

Ermənistan-Azərbaycan sərhədini keçmiş ruhi xəstə Elvin İbrahimov mədəsindən əməliyyat olundu. Yayılan məlumata görə mədəsində yad cisim olub. Əslində bu özü Ermənistan tərəfinin davranışı barədə daha aydın təsəvvür yaradan məlumatdır:

ı. Elvin İbrahimov doğrudan da ruhi xəstədir. Ermənilər E.İbrahimova qeyri-insani nəsə yedirdiblər, bəlkə də zəhər yedirdiblər, bəlkə də kerosin içirdiblər. Çünki kerosin içirtmək söhbəti ermənilərdə dəb mövzularından biridir. Manvel Saruxanyan Azərbaycanda olarkən Azərbaycan tərəfinin ona kerosin içirtdiyi barədə xeyli məlumatlar yayılmışdı. Saruxyanı hərtərəfli yoxladıqdan sonra bəlli oldu ki, bunda anadangəlmə dəri xəstəliyi var və o vəziyyətdə də Azərbaycana gəlib, o vəziyyətdə də qayıdıb. Ona görə mümkündür ki, ermənilər E.İbrahimovun üzərində eksperiment aparsınlar.

ıı. Mümkündür ki, ruhi xəstə olduğu üçün qaşıq, çəngəl və yaxud nəsə bir şey udsun. Hər halda istənilən mütəxəssis başa düşəcək ki, bu Azərbaycanın göndərdiyi təxribatçı deyil.

Sərhədi keçən andan Elvin İbrahimovun üzərində Ermənistan tərəfi şou qurdu. Hərbi diversant Karen Kazaryanın atasını onunla görüşdürdülər, Elvin İbrahimova öz ata-anası ilə əlaqə saxlamağın yollarını “başa saldılar”. K.Kazaryanın atasını Ermənistanın Müdafiə naziri D.Tonoyan qəbul etdi. ER Xİ naziri K.Kazaryanı qaytaracaqları ilə bağlı bəyanat verdi. Amma bütün bunların hamısından əvvəl Beynəlxalq Qırmızı Xaş Komitəsinin təmsilçiləri E.İbrahimova baş çəkmişdilər. N.Paşinyan azıb sərhədi keçənlərin dəyişdirilməsinə Ermənistanın razı olduğunu bildirdi. Əslində bu Azərbaycanın “hamının hamıya” dəyişmək prinsipini unutdurmaq və yaxud ona uyğun təşəbbüs irəli sürməkdən başqa bir şey deyil.

N.Paşinyan Moskva görüşündən qabaq humanitar məsələlər barədə məlumat verdi. Amma N.Paşinyanın verdiyi bəyanatdan bəlli oldu ki, onlar kiməsə, nəyəsə arxayındır və hansısa bir şəxsin qohumları ilə görüşməsinə razılıq verməməsi ucbatından Ermənistan tərəfi belə humanitar missiyanın reallaşmasına imkan verməyəcək. Görünür, Ermənistan bu təşəbbüsə razılıq verməzdən əvvəl artıq onu pozmağın variantını hazırlayıb.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
720

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər