Müdafiə Nazirliyi: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur
Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.
Qafar Ağayev
534