Bu şirkət 5500 işçisini işdən çıxarır
British American Tobacco 5 500 əməkdaşını ixtisar edəcək.
1news.az xarici mediaya istinadən xəbər verir ki, "British American Tobacco" (BAT) işçi qüvvəsini təxminən 20 faiz azaltmağı planlaşdırdığını açıqlayıb.
Şirkət xərcləri azaltmaq, gəlirliliyi artırmaq və süni intellekt dəstəyi ilə transformasiya proqramını sürətləndirmək məqsədilə 5 500 əməkdaşını ixtisar edəcək, daha 3 500 işçi isə digər şirkətlərə transfer olunacaq. Bu restrukturizasiya ABŞ bazarını əhatə etmir.
Şirkətin hesablamalarına görə, həyata keçirilən tədbirlər 2027-ci il üçün nəzərdə tutulan 500 milyon funt sterlinqlik qənaət hədəfinə əlavə olaraq, 2028-ci ilədək illik 600 milyon funt sterlinq əlavə qənaət təmin edəcək.
BAT-ın baş icraçı direktoru Tadeu Marroko bildirib ki, dəyişikliklərdən təsirlənən əməkdaşlara keçid dövründə dəstək göstəriləcək və bu addımlar şirkəti daha çevik, texnologiya yönümlü və xərclərə daha səmərəli nəzarət edən quruma çevirəcək.










