Müdafiə Nazirliyindən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: Rəsmi məlumatlara istinad edin | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyindən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: Rəsmi məlumatlara istinad edin

10:48 - 19 / 10 / 2020
Müdafiə Nazirliyindən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: Rəsmi məlumatlara istinad edin

"Sosial şəbəkə istifadəçilərini yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq"

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar: "Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".

Qafar Ağayev

Paylaş:
543

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər