1news.az

“Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə...” - Tural Gəncəliyev

11 Dekabr saat 14:00 ~ 1 dəqiqəlik oxu 1390
“Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə...” - Tural Gəncəliyev

Biz ermənilərlə Azərbaycanın sərhədləri daxilində daimi sülh şəraitində yaşamağa razıyıq.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu bu gün keçirilən mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, münaqişə həll olunmalıdır və bunun başqa yolu yoxdur:

"Əgər gələcəkdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların foratının dəyişdirilməsindən heç bir söhbət gedə bilməz. Bizim fikrimiz qətidir, münasibətimizi də bildirmişik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunandan sonra biz ermənilərlə birlikdə Dağlıq Qarabağda sülh şəraitində yaşamağa hazırıq. Əgər onlar bu danışıqlardan qaçırlarsa, bu onların qeyri-konstruktiv mövqedə olduqlarını göstərir".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net