Nikahdan öncə psixoloji müayinələrdən keçməliyikmi? | 1news.az | Xəbərlər
Cəmiyyət

Nikahdan öncə psixoloji müayinələrdən keçməliyikmi?

14:45 - 23 / 07 / 2019
Nikahdan öncə psixoloji müayinələrdən keçməliyikmi?

Dövlət Statistika Komitəsi boşanmalarla bağlı statistik rəqəmləri açıqlayıb. Statistikaya əsasən bu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5 min 562 boşanma hal qeydə alınıb. Bu isə o deməkdir ki,hər günə təxminən 45 nəfər boşanır.

1news.az gencaile.az-a istinadən bildirir ki, boşanmaların kökündə duran problem müxtəlif olsa da, nəticə dəyişmir. İctimaiyyət nümayəndələri, psixoloq və sosioloqlar məsələ ilə bağlı həyəcan təbili çalır. Onlar cütlüklərin ailə qurmaz öncə müəyyən psixoloji müayinələrdən keçmələrinin vacibliyini dəfələrlə vurğulayıblar. Lakin boşanmalarla bağlı rəqəmlərdən görünür ki, bu çağırış və tövsiyələrə məhəl qoyulmur.

Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə bildirir ki, boşanmalarla bağlı araşdırmalar aparılsa da, bütün bunlardan heç bir nəticələr əldə olunmur:

"İlk növbədə başa düşməliyik ki, ölkəmizdə belə bir problem var. Boşanmalarla bağlı problemlər getdikcə çoxalır. Nigah bağlanmazdan öncə müəyyən tədbirlər görülməli və məsləhətlər aparılmalıdır. Məsələn, yeni qanuna görə, nigaha daxil olmaq istəyən şəxslər tibbi müayinələrdən keçməlidirlər. Niyə nigah bağlanmazdan öncə tibbi müayinə ilə bərabər psixoloji müayinələrdən də keçilməsin? Psixoloji müayinələr zamanı ailə qurmaq istəyən cütlüklərin bir-birinə uyğunlaşıb-uyğunlaşmayacağı aydın olur. Həmçinin onlara müəyyən məsləhətlər verilir və gənc ailələrdə hansı problemlərin yarana biləcəyi müzakirə olunur. Belə bir pilot layihə əvvəllər var idi.

Əvvəllər, boşanmaq üzrə ərizə verən cütlüklərlə psixoloqlar işləyirdi. İndi bu, yoxdur. Bu mənada indi də, psixoloqlar nəticə ilə yox səbəblə işləsələr, müsbət nəticələr əldə edə bilərlər. Təbii ki, boşanmaların sayını sıfıra endirmək mümkün deyil. Amma heç olmasa, bu prosesi nəzarət altına götürüb boşanan şəxslərə yardımçı olmaq mümkündür".

1news.az

Paylaş:
399

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər