1news.az

O,“Neftçi”nin əfsanəsi olmalı idi, lakin “Qarabağ”ın əvəzedilməz kapitanı kimi karyerasını başa vurdu – FOTO – VİDEO

25 İyun saat 16:35 ~ 5 dəqiqəlik oxu 23880
O,“Neftçi”nin əfsanəsi olmalı idi, lakin “Qarabağ”ın əvəzedilməz kapitanı kimi karyerasını başa vurdu – FOTO – VİDEO

Rəşad Sadıxov karyerasını rəsmi olaraq başa vurdu.

1news.az-ın məlumatına görə, bu barədə Ağdamın “Qarabağ” komandasının və Azərbaycan millisinin uzunmüddətli kapitanı və lideri iyunun 20-də keçirilən Premyer Liqa çempionunun mükafatlandırma mərasimində rəsmi məlumat verib.

Martın 8-də Premyer Liqanın “Keşlə”yə (2-0) qarşı keçirdikləri 20-ci turunun oyundan sonra Qurban Qurbanov mətbuat konfransı zamanı mövsümün sonunda Rəşad Sadıxovun butslarını mismara asacağını bildirdi. Sonra “Ağdam” kapitanı özü də bunu təsdiqlədi.

Belə oldu ki, bu açıqlamadan sonra Azərbaycan çempionatındakı rəsmi oyun olmadı. Koronavirus pandemiyası bütün planları qarışdırdı. Futbol dayandı, karantinin dəfələrlə sərtləşdirilməsi futbol qurumlarını çempionatı vaxtından əvvəl bitirməyə məcbur etdi və Rəşad Sadıxov futbol meydanındakı azarkeşlərlə vidalaşa bilmədi.

Yeri gəlmişkən, Rəşadın özü futbolçu kimi inkişaf etdiyi “Neftçi” və karyerasının ən yaxşı illərini keçirdiyi “Qarabağ”la vida oyunu keçirmək istədiyini söylədi. Sadıxov hər komandanda bir oyun kimi vaxt keçirmək istədiyini söylədi. Lakin COVID-19 pandemiyası buna imkan vermədi. Bəlkə də belə bir matçı sonradan keçirilməsi mümkün olacaq. Rəşad karyerasının sonunda şərəfli vidalaşmağa layiqdir.

"Neftçi" və "Qarabağ" – Rəşadın karyerasının çox hissəsini keçirdiyi iki klubdur. Kapitan olduğu "neftçilərin" üzvü kimi,  Rəşad 2001-2008-ci illərdə qısa fasilələrdən başqa, "Qarabağ" da - 2009-cu ildən karyerasının sonuna qədər, 2010-cu ildə "Eskişehirspor" kiçik müddət xaric çıxış edib.

Formal olaraq, "Qarabağ"a Rəşad Türkiyənin "Kocaelispor"dan keçib, amma Azərbaycan futbolunun azarkeşləri kapitanın "Neftçi"dən ayrılıdığının necə olduğunu xatırlayırlar. 2008-ci ildə neftçilər Azərbaycan komandasında Bertie Fogtsın köməkçisi olaraq çalışan Hans-Yurgen Qedeni baş məşqçi vəzifəsinə təyin etdilər. Alman, tamamilə bacarıqsız bir məşqçi olmaqla, bir neçə ay “Neftçi”nin rəhbərliyində çalışması komandanı tamamilə məhv etdi. Rəşad Sadıxov da Qedenin dubl etdiyi oyunçulardan idi. "Mən burada olduğum müddətdə Rəşad Sadıxov “Neftçi”də olmayacaq" – o, dedi.

Bu açıqlamadan bir ay sonra Qede özü "Neftçi də olmadı. Amma komandada artıq liderlər: Rəşad Sadıxov, George Adamia, Alexandr Çertoqanov, Rəşad Sadıqov, Elnur Allahverdiyev və Ruslan Abbasov yox idi. Qedədən sonra klub iki ilə özünə gəldi.

"Neftçi" klubun uzunmüddətli lideri və əfsanəsi ola biləcək kapitanını beləcə yola saldı.

Bir il sonra Rəşad “Qarabağ”a keçdi. Əvvəlcə qısa müddətliyinə, sadəcə Avropa Liqasının oyunlarında dostu Qurban Qurbanova kömək etmək üçün. Sonra bu tarixi qol “Rosenborg” (1: 0) oldu.

Hesab olunur ki, bu matç və bu qələbə müasir “Qarabağ”ın və məşqçi Qurban Qurbanovun tarixində dönüş nöqtəsi oldu. Tədricən “ağdamlılar” hədəflərinə doğru irəliləməyə başladılar. Sonrakı 11 ildə isə 7 dəfə milli çempionluq qazandılar və Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində ardıcıl 6 dəfə oynadılar.

Azərbaycan futbolu üçün bu tarixi uğurlarda ən yaxşı illərini Ağdam klubunda keçirən Rəşad Sadıxovun rolu böyükdür.

Dünən, İTV-də "İdman" verilişinin qonağı olan Rəşad Sadıxov yenidən "Neftçi" və "Qarabağ"a olan sevgisindən danışdı.

“Bol İdman” verilişinin tam versiyası           

"Futbol oynayan vaxtlarda həmişə iki kluba - "Neftçi" və "Qarabağ"a simpatiyam və sevgim var idi. Bu hisslər gələcəkdə harada çalışsam da həmişə qəlbimdə olacaq. "Neftçi"də oynadığım zaman daima "Qarabağ"a simpatiyam olub və əksinə. Hətta bir maraqlı faktı da söyləyəcəyəm. Heç vaxt bu komandalara qarşı qol vurmaq istəmirdim. Peşəkar olaraq həmişə sahəyə girir, hücumlarla qoşulur və sərbəst vuruşlar edirdim. Ancaq ürəkdən, futboldan kənar vaxtlarda həmişə "Neftçi" və "Qarabağ"a qarşı oyunda qol vurmayan futbolçu olaraq qalmaq istəyirdim. Nəticədə, belə də oldu.

Fərqli cəhətlərə baxmayaraq, həmişə bu klublara əbədi bağlıyam. Özümü onlara borclu sayıram. Futbolçu kimi "Neftçi"də formalaşdım və məşhur oldum, amma karyeramın ən yaxşı illərini "Qarabağ"da keçirdim. Karyeramdakı çətin bir dövrdə məni komandaya dəvət etdilər”.

Fotoda: Elçin Rəhmanov, Qurban Qurbanov və Rəşad Sadıxov

İndi karyerasını başa vurduqdan sonra Rəşad baş məşqçi olaraq çalışmaq niyyətindədir. Özü də qeyd edib ki, 14-15 gün ərzində bu məsələ ilə bağlı Qurban Qurbanovla danışmaq niyyətindədir. Ola bilsin ki, Rəşad “Qarabağ”da köməkçi olaraq qalacaq və ya baş məşqçi kimi öz karyerasına başlayacaq. Bir müddət əvvəl Rəşadın "Zirə"yə rəhbərlik edə biləcəyi ilə bağlı şayiələr yayılmışdı - onun adı baş məşqçi vakant vəzifəsinə namizədlər arasında hallanır.

Xatırladaq ki, Rəşad Sadıxov karyerasını 2017-ci ildə başa vurub. Son oyununu 5 oktyabr 2017-ci ildə Çexiyaya qarşı keçirib (1: 2). Bu müddət ərzində 110 matçda milli komandanın formasını geyinib, 5 qol vurub.

 

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net