Övladlığa uşaq götürən məşhurlarımız - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Övladlığa uşaq götürən məşhurlarımız - SİYAHI

14:05 - 18 / 09 / 2020
Övladlığa uşaq götürən məşhurlarımız - SİYAHI

Bir çox xarici məşhurlar çətin həyat şəraiti olan körpələri övladlığa götürərək onlara daha yaxşı həyat verməyə çalışır. Buna Ancelina Coli, Madonna, Nikol Kidman kimi dünya ulduzlarını misal göstərmək olar. 

Azərbaycanda da ailə qurmayan, ailə qurub övladı olmayan və oğul-qız sahibi olsa da, övladlığa uşaq götürən tanınmışlar var. 

1news.az yenisabah.az-a istinadən bu mövzuyla bağlı araşdırmanı təqdim edir:

Xərçəngə tutulduğu deyilən xalq artisti Nisə Qasımova heç vaxt ailə qurmayıb. Qardaşı cavan rəhmətə getdiyindən Nisə xanım onun oğlu Fətullanı iki yaşından övladlığa götürüb. 

Xalq artisti Flora Kərimovanın Zümrüd Şəfiyeva adlı qızı və övladlığa götürdüyü Oqtay adlı bir oğlu var. 

Xalq artisti Firəngiz Mütəllimova ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran aktrisa bu evliliyə öz istəyi ilə son qoyub, onların övladları olmayıb. Onun sosial şəbəkələrdə "qızım" deyə təqdim etdiyi gənc xanım isə Gülarə adlı bacısı qızıdır. "Gülarə bacımın qızıdır. Amma həmişə deyirəm ki, mənim övladımdır. Onun balam kimi çox istəyirəm. Ona görə də həmişə öz qızım kimi təqdim edirəm" - deyə sənətçi açıqlamalarının birində bildirib. 

Müğənni Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Övladlığa götürdüyü böyük qızı Natəvan 26 yaşındadır. Onun 6 yaşında övladı var. Corc və Jerar Qafarovlar qardaşdırlar. 

Müğənni Mənzurə Musayeva ailə həyatı qursa da, övladı olmayıb. O, qardaşı qızını övladlığa götürüb. 

Müğənni Fədayə Laçın da övladlığa uşaq götürən məşhurlar arasındadır. Bu haqda sənətçi illər əvvəl verilişlərin birində məlumat vermişdi: "Adı Ayxandır, 21 yaşı var. İnsan yaxşılıq edəndə istəməz ki, dilə gətirsin. Amma bu söhbət artıq açılıb. Son vaxtlar deyirəm, iki övladım var. Onun valideynləri qohumlardandır. Ayxan 3 yaşından oğlumla dostluq edib. Valideynləri Ayxan 6-cı sinifdə oxuyanda dünyasını dəyişiblər. Ondan sonra mən onu himayəmə almışam. Amma sənədləşdirməmişəm, sənədsiz olsa belə oğlumun qardaşıdır. Uşağın bibisi, xalası var. Amma deyir ki, anamın qoxusunu səndən alıram". 

Müğənni Niyam Salaminin 43 yaşı var. Niyam bir dəfə ailə qursa da, övladı yoxdur. O, qardaşı oğlu və bacısı qızını övladlığa götürdüyünü deyib: "Babamın adını daşıyan qardaşım oğlu ilə, bacım qızını övladlığa götürmüşəm. Bacı-qardaşlarımdan icazə almışam onları götürüb saxlayıram. Mənim üçün fərqi yoxdur ya öz övladlarım, ya qardaş-bacımın. Universitetlərinə kimi oxutdurub, evləndirib evimdə saxlayacam".

1news.az

Paylaş:
730

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər