Payız-qış depressiyası və ruh düşkünlüyünə səbəb nədir?- Araşdırma | 1news.az | Xəbərlər
Cəmiyyət

Payız-qış depressiyası və ruh düşkünlüyünə səbəb nədir?- Araşdırma

15:41 - 18 / 10 / 2019
Payız-qış depressiyası və ruh düşkünlüyünə səbəb nədir?- Araşdırma

Demək olar ki, hər kəsin bir stressli dövrü olur. Buna əsasən keçirdiyimiz travmalar, yaşadığımız hər hansı pis hadisə və s. səbəb ola bilər.  Adətən  dövri olan bu əhval-ruhiyyə bir müddət sonra yox olur. Lakin  bu depresiv əhval (kədər , ümidsizlik) uzun müddət davam edərsə, davamlı depressiyaya çevrilə bilər. Depressiya mülayim, orta və ağır depressiya kimi təsnif edilir.

Əslində mövsümi əhval pozğunluğu halı təkcə payız-qış ayları üçün deyil, digər fəsillər üçün də keçərlidir. Şimal ölkələrində, xüsusən də qış aylarının daha uzun və qaranlıq olduğu yerlərdə yaşayan insanlarda mövsümi depressiyaya daha çox rast gəlinir.

1news.az medicina.az-a istinadən bildirir ki, yuxarıda qeyd edildiyi kimi, depressiv əhval müxtəlif səbəblərdən yarana bilər. Qış depressiyası, payız və qış aylarında günəş işığının az olması səbəbindən beyindəki pozulmuş hormonal balansdan qaynaqlanır. Səbəb isə, qışda günlərin qısaldılması ilə bədənin gündüz və gecə ritmi pisləşir. Bu pisləşmə ilə beyindəki hormonlar və siqnal verici  maddələrin (neyrotransmitterlər) balansı pozulur.
Siqnal verici maddələr (neyrotransmitterlər) beyində siqnal ötürülməsində mühüm rol oynayan üzvi kimyəvi komponentlərdir. Dopamin, Norepinefrin, Serotonin və Endorfin beynin ən vacib siqnal verici maddələridir. Bu maddələr bədənin özü tərəfindən istehsal olunur və bir-biri ilə çox xüsusi əlaqəsi var. Bu əlaqənin pisləşməsi, məsələn, bir maddənin qeyri-adekvat istehsalı, emosiya, davranış və qavrayışa mənfi təsir göstərir.

Bu maddələrin funksiyası nədir?

-Dopamin, norepinefrin ilə birlikdə bədəndə xoş hisslər yaradır. Dopamin səviyyəsində bir qədər azalma depressiyaya səbəb olur.

-Serotonin sakitlik, tarazlıq və məmnunluq təmin edir. Eyni zamanda aclıq, qorxu, təcavüz, kədər və narahatlıq kimi hisləri azaldır.

-Norepinefrin bədəni enerjili saxlayır və stimullaşdırır.

-Endorfin ağrı kəsicidir. Hətta endorfin səviyyəsində kiçik bir enmə  ağrı hissini daha da gücləndirir.
Qadınlarda bu dövri əhval kişilərə nisbətən iki dəfə çoxdur. Bunun səbəbi qadınların həyat boyu hormon dalğalanmalarına daha çox məruz qalmalarıdır.
Qadınlar ümumiyyətlə aşağıdakı dövrlərdə depresiv əhval-ruhiyyə daha çox müşahidə olunur:

-Menstruasiya dövrü

-Hamiləlik dövrü

-Doğum dövrü

-Doğumdan sonrakı dövr

Qış depressiyasının simptomlarına isə aiddir:

Artan yorğunluq, konsentrasiya problemi, ruh düşkünlüyü , maraq itkisi, tükənmə, həvəssizlik, sosial təcrid, kökəlmə, gərginlik, əsəbilik, iştahsızlıq, yuxu pozğunluğu.

Qış depressiyası müalicəsi

Həm qış depressiyası ,həm də digər mövsümi depressiyalar  xəstəliyin hansı dərəcədə olmasına görə müalicə edilməlidir. Yüngül hallar üçün sadə tədbirlər kifayətdir. Bunun üçün xəstəyə xoşbəxtlik hormonu  serotonin istehsalını stimullaşdırmaq üçün sadə tədbirlər görmək lazımdır. Gün ərzində gəzinti, idmanla məşğul olmaq, nizamlı qidalanma və s. Daha şiddətli və uzunmüddətli şikayətlər üçün, bir mütəxəssis həkimə müraciət etmək məsləhətdir. Müalicə üçün həmişə anti depressiv  həblər qəbul etmək lazım olmaya bilər.

1news.az

Paylaş:
1095

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər