1news.az

Prezident İlham Əliyev Mixail Qusmanı təbrik edib

21 Yanvar saat 13:50 ~ 1 dəqiqəlik oxu 303
Prezident İlham Əliyev Mixail Qusmanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli Mixail Solomonoviç,

70 illik yubileyinizlə əlaqədar mənim səmimi-qəlbdən təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.

Sizin geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə layiqli nüfuz və hörmət qazandırıb. Xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində əvəzsiz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyətin formulu” verilişi bütün dünyada tamaşaçı auditoriyası arasında çox populyardır.

Azərbaycanda Sizi sevir və dəyər verirlər. Siz uzun müddət ərzində Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə geniş töhfə verirsiniz və bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xidmət edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, gələcək yaradıcılıq uğurları arzulayıram, ən xoş arzularımı çatdırıram”.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net