1news.az

Rusiyada yaşayan azərbaycanlı tankla “015”in üstündən keçdi - VİDEO

29 Yanvar saat 17:08 ~ 1 dəqiqəlik oxu 401
Rusiyada yaşayan azərbaycanlı tankla “015”in üstündən keçdi - VİDEO

Rusiyada məşhurlaşan azərbaycanlı videoblogger Hüseyn Həsənov İnstaqram-ın hekayə bölməsində etdiyi növbəti paylaşımı ilə diqqət çəkib.

1news.az axşam.az-a istinadən bildirir ki, o, bu dəfə tıxacın ortasında öz avtomobilindən düşərək qarşıdakı "VAZ 2115"  markalı avtomobili almaq üçün sürücüyə 100 min rubl (təxminən 2700 manat) pul təklif edib. Sürücü Hüseynin təklif etdiyi məbləğə maşınını ona satmağa razılıq verib.

Daha sonra blogger aldığı avtomobilin üstündən tankla keçib.

Qeyd edək ki, Hüseyn izləyicilərinə bahalı hədiyyələr verməsi ilə gündəmə gəlir. Onu sosial media hesabında 12 milyondan çox insan izləyir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rusiya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net