1news.az

Sevinc Fətəliyeva: Müxalifətin fəaliyyəti açıq şəkildə təxribatdır

21 Oktyabr saat 15:35 ~ 3 dəqiqəlik oxu 437
Sevinc Fətəliyeva: Müxalifətin fəaliyyəti açıq şəkildə təxribatdır

Etiraz aksiyaları elə ölkələrdə keçirilir ki, burada heç bir inkişaf, sosial siyasət prioritet məsələlər sırasında deyil, heç bir islahat aparılmır.

Bu barədə Milli Məclisin deputatı Sevinc Fətəliyeva 1news.az-a açıqlamasında müxalifətin oktyabrın 19-da keçirdiyi icazəsiz mitinqi şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan – iqtisadiyyatı sürətlə inkişaf edən, sosial sahədə islahatları sistemili xarakter daşıyan, sosial siyasəti isə xüsusən son vaxtlar ən prioritet olan ölkədir.

“Belə bir şəraitdə küçələrə çıxaraq hökumətdən və ölkə rəhbərliyindən artıq çoxdan və uğurla həyata keçirdiyi fəaliyyəti tələb etmək təxribatdan başqa bir şey deyil”.

Deputat qeyd edib ki, adətən bu cür aksiyalar ölkədə keçiriləcək dövlət əhəmiyyətli, beynəlxalq tədbirlər  – “Avroviziya”, Avropa Oyunları və digər idman tədbirləri və ya beynəlxalq müqavilələrin imzalanması ərəfəsində keçirilir:

“Hazırkı aksiya BMT-dən sonra ikinci ən böyük təşkilat, sədrliyi Azərbaycana keçmiş –Qoşulmama Hərəkatı sammiti kimi qlobal xarakterli tədbirin keçirilməsi ərəfəsində baş tutdu. Bu, Azərbaycanın tarixində ən böyük sammitdir. 

 

Bu tədbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün yeni platforma rolunu oynayacaq və münaqişə həqiqətlərini, eləcə də Azərbaycanda baş verən prosesləri iştirakçı ölkələrin ali rəhbərliyinə çatdırmağa imkan yaradacaq. Sədrlik isə bizim üçün yeni imkanlar açacaq və dünyadakı mövqelərimizi hərtərəfli möhkəmləndirəcək”.

Onun sözlərinə görə, dünya ictimaiyyətinin bütün diqqəti ölkəmizə yönələcəyi məhz belə genişmiqyaslı tədbir ərəfəsində, müəyyən dairələr istər ölkə daxilində, istərsə də ölkədən kənarda gərginlik və qarşıdurma yaratmağa çalışırlar:

“Lakin onlar unudurlar ki, ölkə rəhbərliyi ilə xalqın möhkəm birliyi ölkədəki sabitliyi sarsıda bilməz. Belə bir sual yaranır: bununla müxalifət nəyə nail olmağa çalışır? Bu sirk kimin üçün təşkil olunub? Bu təcrübəsiz şəkildə hazırlanmış komediya kimlər üçün hesablanıb?

Bu cür sualların cavabı belədir: əsl müxalifət ölkənin inkişafı və xalqın rifahına alternativ yol təklif edən siyasi qüvvə hesab olunur. Yalançı müxalifətimizlə isə uzun illərdir heç bir konstruktiv ideyalar, təkliflər və elementar siyasi mədəniyyət görmürük. Əksinə, bu müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib”.

S.Fətəliyevanın sözlərinə, onlar unudurlar ki, hazırda 90-cı illərdəki vəziyyət deyil və Azərbaycan 28 il öncəki kimi deyil:

“Bu gün Azərbaycan – xalqının ehtiyaclarını, müasir dünyanın çağırışlarını və tələblərini dəqiq bilən və hər bir Azərbaycan vətəndaşının maraqlarını qorumağa və təmin etməyə, müstəqilliyi qorumağa və dövlətimizin mövqeyini möhkəmləndirməyə yönəlmiş daxili və xarici siyasəti məharətlə həyata keçirən təcrübəli, peşəkar bir liderin rəhbərliyi ilə güclü müstəqil dövlətdir”.

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net