“Su-35” və “MiQ-35” təyyarələrinin silahlanmamıza daxil edilməsi hava məkanındakı üstünlüyümüzü dəfələrlə artıracaq | 1news.az | Xəbərlər
Siyasət

“Su-35” və “MiQ-35” təyyarələrinin silahlanmamıza daxil edilməsi hava məkanındakı üstünlüyümüzü dəfələrlə artıracaq

18:00 - 09 / 04 / 2020
“Su-35” və “MiQ-35” təyyarələrinin silahlanmamıza daxil edilməsi hava məkanındakı üstünlüyümüzü dəfələrlə artıracaq

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin Rusiyanın döyüş təyyarələri istehsal edən hərbi-sənaye müəssisələrinə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir.

HHQ-də aparılan genişmiqyaslı islahatlar Azərbaycan hərbi aviasiyasının hava məkanında, xüsusilə hava əməliyyatlarının keçirilməsi zamanı döyüş imkanları baxımından Ermənistandan üstün olmağa şərait yaradıb.

Bunu Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hazırda ehtiyatda olan polkovnik-leytenant Rövşən Həşimov 1news.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Su-35” və “MiQ-35” təyyarələrinin Azərbaycana tədarükü barədə aparılan danışıqlar çox güman ki, yaxın zamanda ölkəmizin HHQ-nin daha da gücləndirilməsinə imkan verəcək.

 “Bunu daha aydın təsəvvür etmək üçün təyyarələrin uçuş-texniki xüsusiyyətləri və döyüş imkanlarına diqqət çəkmək istərdim. Hər iki tip çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələrinin özəlliyi onların 4++ nəslinə aid olmasıdır. Bu nəsil təyyarələrə qədər istehsal olunan digər döyüş qırıcıları yalnız modernizə olunaraq onların müəyyən imkanları artırılırdı. Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici “Su-35” də 4500 kilometr, “MiQ-35” də isə 3500 kilometrdir.

Hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir.

Ən yeni texnologiyaların tətbiqi ilə istehsal edilən “Su-35” təyyarəsi “hava-hava” sinfinə aid yeni “R-37M” səsdən sürətli raketlərdən istifadə edir və məhz buna görə də 300 kilometr uzaqlıqda olan hava hədəflərini məhv etmək imkanına malikdir. Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan “Su-35” təyyarəsi 12, “MiQ-35” təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir.

“Su-35” təyyarələri “hava-hava” tipli R-73, R-77, R-27 raketləri, “hava-yer” tipli X-25, X-29, X-38 raketləri, gəmiyə qarşı X-31, X-35, X-59 raketləri və KAB-500KR, KAB-1500KR, MiQ-35 təyyarələri isə “hava-hava” tipli R-73, R-77, R-27 raketləri, “hava-yer” tipli X-25, X-29, X-38 raketləri, gəmiyə qarşı X-31 raketləri və KAB-500L, KAB-500KR bombaları ilə silahlana bilirlər. “Su-35” və “MiQ-35” qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir.

Azərbaycan HHQ-nin bu növ qırıcı təyyarələrlə gücləndirilməsi döyüş əməliyyatları zamanı onlara ordumuzun qoşun növləri və qismlərini havadan dəstəkləməklə yanaşı, düşmənin yerüstü qoşun qruplaşmasını, hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verəcək”, - deyə R.Həşimov qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
436

Son xəbərlər

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38
Bütün xəbərlər