Sürücü ona yol verməyən taksi sürücüsünü güllələdi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Sürücü ona yol verməyən taksi sürücüsünü güllələdi - VİDEO

16:25 - 05 / 12 / 2019
Sürücü ona yol verməyən taksi sürücüsünü güllələdi - VİDEO

Türkiyənin Diyarbəkir vilayətində sürücü yol vermək səbəbindən mübahisə etdiyi taksi sürücüsünə atəş açdıqdan sonra döyüb.

1news.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Bağlar rayonu, Qaynarpınar küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil sürücüsü taksi sürücüsünə siqnal verərək yol verməsini istəyib. Taksi sürücüsünün yol verməməsindən sonra o əsəbiləşib və avtomobilini svetoforun qırmızı işığında dayanan taksinin yanında saxlayaraq, nəqliyyat vasitəsindən enib. Taksi sürücüsünü maşından düşürdərək üzərində gəzdirdiyi tapança ilə onu vurub.

Bundan sonra da hirsi soyumayan sürücü onu döyməyə başlayıb. Daha sonra isə tapançanı ətrafda toplanan insanlara tuşlayaraq avtomobilinə minərək hadisə yerindən qaçıb. Vətəndaşların xəbər verməsindən sonra hadisə yerinə polis və səhiyyə işçiləri gəliblər. Yaralı taksi sürücüsünə ilkin tibbi yardım göstərildikdən sonra ambulansla xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları qaçan sürücünün axtarışlarına başlayıb.

Yaşanan anlar isə bir vətəndaş tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

1news.az

Paylaş:
586

Son xəbərlər

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19
Bütün xəbərlər