Torontoda “Sarı gəlin”: Azərbaycanlılar Kanadada Xocalı faciəsi qurbanlarına həsr olunmuş fleşmob keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Torontoda “Sarı gəlin”: Azərbaycanlılar Kanadada Xocalı faciəsi qurbanlarına həsr olunmuş fleşmob keçirib – FOTO

16:29 - 25 / 02 / 2020
Torontoda “Sarı gəlin”: Azərbaycanlılar Kanadada Xocalı faciəsi qurbanlarına həsr olunmuş fleşmob keçirib – FOTO

Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan-Kanada Multikulturalizm Mərkəzi qanlı faciə qurbanlarına həsr olunmuş fleşmob hazırlayıb.

Fleşmob Kanadanın iri şəhərlərindən biri – Torontoda Azərbaycan xalq mahnılarının tarla müşayiəti ilə keçib. Gənclərdən biri əlində Azərbaycan bayrağını tutub. Daha sonra musiqiçilərə kədərli rəqs edən rəqqasə də qoşulur.

Video-çarxdan görünür ki, fleşmob şəhər əhalisinin diqqətii çəkib. İnsanlar musiqiçilərin ətrafında toplaşaraq şəkil çəkdirib, bəziləri isə əllərini ürəyinin üzərində qoyaraq xalqımızın kədərinə şərik olub.

Qeyd edək ki, bu il Xocalı faciəsinin 28-ci ildönümüdür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcılıq alayının köməyilə Azərbaycanın Xocalı şəhərində soyqırım ediblər.  

Mühasirəyə alınmış şəhəri tərk etməyə çalışan silahsız əhali qəddarcasına qətlə yetirilib. Nəticədə, 106 qadın, 63 uşaq, 70 yaşlı da daxil olmaqla 613 nəfər erməni hərbçiləri tərəfindən qətlə yetirilib.   

S.Xankişiyeva

 

 

Paylaş:
808

Son xəbərlər

Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20
Bütün xəbərlər