Türkiyə region ölkələrinin səfirlərini Afrindəki əməliyyat barədə məlumatlandıracaq | 1news.az | Xəbərlər
Dünya

Türkiyə region ölkələrinin səfirlərini Afrindəki əməliyyat barədə məlumatlandıracaq

13:51 - 21 / 01 / 2018
Türkiyə region ölkələrinin səfirlərini Afrindəki əməliyyat barədə məlumatlandıracaq

Türkiyə XİN region ölkələrinin:  İordaniya, İraq, Livan, Qətər, Küveyt və Səudiyyə Ərəbistanı - səfirlərini Afrində başlanılan “Zeytun budağı” əməliyyatı barədə məlumatlandıracaq.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, adıçəkilən ölkələrin səfirləri bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılacaq və orada nazirlik müşavirinin köməkçisi Sedat Oman antiterror əməliyyatının gedişi barədə onlara məlumat verəcək.

Qeyd edək ki, dünən ABŞ, Rusiya, Böyük Briyaniya, Fransa, Çin və İran səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və əməliyyat haqqında məlumatlandırılıb.

Xatırladaq ki, yanvarın 20-də saat 17:00-da Türkiyə Suriyada PYD/PKK terror qruplaşmalarının məhv edilməsi istiqamətində “Zeytun budağı” əməliyyatına başlayıb. Türk Ordusu terrorçuların 113 obyektindən 103-nə zərbə endirib.

Türkiyə Afrində genişmiqyaslı əməliyyatlara başlayıb

S.Xankişiyeva

 

Paylaş:
790

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər