
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edənlər müzəffər ordumuzun qələbəsindən və şəhidlərimizin xatirəsinin yad edilməsinin əhəmiyyətindən danışıblar.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Günnüt əməliyyatlarının və 2-ci Qarabağ müharibəsinin iştirakçısı, zabit Renat Şıxnəbiyev döyüşlər barədə təəssüratlarını bölüşüb.
Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonda şəxsi heyətin təntənəli keçidi olub.
S.Xankişiyeva