Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur | 1news.az | Xəbərlər
Siyasət

Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur

19:23 - 29 / 11 / 2020
Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Bu əməliyyatlar və 44 gün davam edən Vətən müharibəsi zamanı Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı şəhərləri və həmin rayonların kəndləri, Şuşa şəhəri, eləcə də bir neçə strateji yüksəkliyin işğaldan azad olunması azərbaycanlılara böyük sevinc və qürur hissi yaşadıb. Bu zəfər və Prezident, Ali Baş Komandanı İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe hərbçilərimizdə və xalqımızda böyük ruh yüksəkliyi yaradıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri bu hərbi uğurun Azərbaycan Ordusu üçün əhəmiyyətini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik Şair Ramaldanov bildirib ki, düşmən mürəkkəb relyefə malik işğaldan azad edilmiş ərazilərdə otuz il istehkamlar yaradaraq Ordumuzun böyük itkilər verəcəyinə zənn edirdi: “Lakin Ordumuzun ən müasir silahlarla təchiz olunması zamanı bu relyef, dağlıq, meşəlik ərazilər nəzərə alınmaqla təmin edilmişdi. Həmçinin Azərbaycan Ordusunun şəxsi heyəti döyüş meydanında irəlilədikcə onun vətənpərvərlik ruhu yüksəlir, qələbəyə inam daha da artırdı. Digər tərəfdən işğaldan azad edilmiş ərazilər bizə başqa istiqamətlərdə növbəti addımlar atmaq üçün şərait yaradırdı. Bunların hamısının strateji önəmi vardı.

Müharibəyə hazırlıq dövründə Azərbaycan Ordusu daim kəşfiyyat aparırdı. Təlimlər və döyüş hazırlıqlarında məhz həmin ərazilər və düşmənin istehkamları nəzərə alınmışdı. İrimiqyaslı təlimlər döyüş başlayacağı halda müəyyən ssenarilər nəzərə alınaraq təşkil edilmişdi. Azərbaycan Ordusu XXI əsrdə döyüş əməliyyatlarını aparmağa imkan verən ən müasir, beşinci nəsil silahlarla təchiz olunmuşdu. Bütün bu illərdə Silahlı Qüvvələrimiz torpaqlarımızı güc yolu ilə azad etməyə hazırlığı davam etdirirdi. Biz bu kompleks hazırlıqların nəticəsini Ordumuzun yüksək döyüş ruhunu və vətənpərvərliyini əməliyyatlar başlayan zaman müşahidə etdik. Döyüşlərə atılan əsgərlərimiz Qarabağın işğalı ilə barışmadığı vətənpərvər mühitdə tərbiyə alıblar. Dövlətimizin başçısı işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını hər zaman bəyan etmişdi. Məhz belə mühitdə gənclərimiz böyüyürdü. Şəhid Mübariz İbrahimov və digər qəhrəmanlarımız gənclərimizin daxilindəki Qarabağ alovunu göstərirdi”.

Ş.Ramaldanov qeyd edib ki, əsgərlərimiz qısa müddətdə Ermənistanın keçilməz saydığı müdafiə xətlərini yarıb, düşməni torpaqlarımızdan qovmağa başlayıb. Sonra ən strateji istiqamət olan Şuşa şəhəri düşməndən azad edilib. Bu, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının göstəricisidir. Cənub istiqamətində Şuşayadək döyüşlər Ordumuzun daha çox müasir texnika və silahlarla təminatını, onları idarə edən heyətin peşəkarlığını göstərib. Şuşa əməliyyatı isə Azərbaycan Ordusunun peşəkarlığını, yüksək səviyyədə hazırlığını və döyüş ruhunu nümayiş etdirib. Sıldırım qayalardan çıxılaraq düşmənlə yaxın döyüşdə qəhrəmanlıq nümunələri göstərilib və Şuşa işğaldan azad edilib. Bu döyüşdə taktiki cəhətdən düzgün istiqamətlər seçilib, bütün hesablamalar dəqiqliklə aparılıb və böyük uğur qazanılıb. Düşmənin ürəyinə Azərbaycan bayrağı sancılıb. Həmçinin 70 yaşayış məntəqəsi düşməndən təmizlənib və Ermənistanın kapitulyasiya bərabər bəyanatı imzalamasına nail olunub.

Ermənistanın çoxsaylı silah-sursatının, hərbi texnikasının məhv edilməsindən danışan ehtiyatda olan polkovnik qazanılan hərbi uğurlarda Ali Baş Komandan İlham Əliyevin hərbi sahədə siyasətindən, müharibəyə kompleks hazırlıqdan, ordumuzun arsenalındakı müasir hərbi silahlarından söz açıb. Vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində sürətlə inkişaf edərək bu gün dünyanın ən peşəkar ordular arasında yer alıb. Dövlətimizin başçısı ordumuzun ən müasir silah-sursatlarla, eləcə də maddi-texniki təminatına yüksək diqqət göstərib.

Azərbaycan Ordusunun texniki üstünlüyü barədə məlumat verən polkovnik deyib ki, vaxtilə keçirilən genişmiqyaslı təlimlər döyüş zamanı aparılan əməliyyatların uğurla keçirilməsinə töhfə verib. Azərbaycan Ordusunda hərbi döyüş qabiliyyətini müəyyənləşdirən vəzifələrdə müddətdən artıq xidmət edən heyət çoxluq təşkil edir. Bu da Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Bu gün Azərbaycan Ordusunun cəmiyyətdəki nüfuzu da yüksəkdir.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına imkan verib. Qazanılan hərbi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış və ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır. Azərbaycan Ordusu ən müasir döyüş standartları əsasında hərbi əməliyyatlar aparıb.

İkinci Qarabağ müharibəsində itkilərin az olduğunu bildirən Ş.Ramaldanov qeyd edib ki, hətta NATO-nun Baş Qərargah rəisi Azərbaycan Ordusunun həyata keçirdiyi bu nümunəvi əks-hücum əməliyyatlarının gələcəkdə öyrənilməsinin vacibliyini vurğulayıb. Çoxsaylı müdafiə-istehkam qurğuları, mürəkkəb relyef şəraitində Şuşanın işğaldan azad edilməsi nəticəsində düşmən kapitulyasiyaya imza atıb. Minimum itkilərlə bu əməliyyatların həyata keçirilməsi böyük uğurdur. Hərb elmində döyüşdəki bütün mərhələlər planlaşdırılır. Xarici hərbi ekspertlərin qiymətləndirmələrinə əsasən, Azərbaycan Ordusu bütün torpaqları işğaldan azad etmək üçün qarşıdan gələn qış mövsümündəki şəraiti də nəzərə alsaq, çoxsaylı itki verə bilərdi. Məhz Prezident İlham Əliyevin müdrik qərarları sayəsində və Ali Baş Komandan bir sərkərdə kimi istiqamətləri müəyyənləşdirməklə döyüşlərdə Azərbaycan Ordusunun şəxsi heyəti arasında itkilərin minimum olmasına nail olunub. Dövlətimizin başçısının bu sərkərdəlik məharəti və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, həmçinin müasir silahların və texnikaların peşəkarlıqla idarə edilməsi sayəsində XXI əsrin tələblərinə cavab verən əməliyyatlar aparılıb. Azərbaycan Ordusu düşmənə maksimum zərbə endirməklə onu zəiflədib və beləliklə öz şəxsi heyəti arasında itkilər az olub.

Döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvə itkilərinə məruz qalmasının, onun texnikasının, döyüş infrastrukturunun, hərbi sursatının məhv edildiyini bildirən polkovnik xatırladıb ki, Ermənistan müharibə zamanı dağıdıcı silahlardan, artilleriyadan, raket-yaylım sistemlərindən istifadə edib. Zəfərlə yekunlaşan müharibədə az da olsa, itkilər olur. Bu gün əsgər analarımız səbir, təmkin nümayiş etdirir və deyirlər ki, təki Vətən sağ olsun. Onlar bu gün qürur hissi keçirirlər ki, övladları qələbə qazanan Ordunun sıralarında döyüşlərdə iştirak edib və torpaqlarımızın azadlığı uğrunda şəhid olublar. Xalqımızın və dövlətimizin şəhid ailələrinə qayğısı onların ağrı-acılarını azaldır. Artıq Vətən müharibəsi zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan Ordusunun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır. Ordumuzun arsenalındakı ən müasir silahlar və texnikalar isə Vətən müharibəsi zamanı şəxsi heyətimiz arasında itkiləri minimuma endirmiş döyüş taktikasını seçməyə imkan verib.

S.Xankişiyeva

 

Paylaş:
494

Son xəbərlər

Nazir: “Onlayn Azərbaycan” layihəsinin 71%-i icra olunub - FOTOBu gün, 15:44Məktəblərdə tətildən sonrakı ilk iş günü açıqlandıBu gün, 15:33Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir - FOTOBu gün, 15:10Azərbaycanda yeni idman kanalına lisenziya verilibBu gün, 15:05Sumqayıtda 7 yaşlı uşağın ölümə səbəb olmaqda ittiham olunan məşqçiyə hökm oxunduBu gün, 14:51“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEOBu gün, 14:45“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilibBu gün, 14:39Milli Məclisin 29 martda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHIBu gün, 14:36“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılırBu gün, 14:25AYNA xəbərdarlıq edir: Taksi sürücülərinin təlimlərdə əyani iştirakı mütləqdir!Bu gün, 14:15Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək”Bu gün, 14:10Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilirBu gün, 13:56Bakıda bankdan oğurluq edilməsinin qarşısı alınıb - VİDEOBu gün, 13:48Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıbBu gün, 13:35FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00
Bütün xəbərlər