“Xalq Bank” 2019-cu ilin yekunlarını açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Xalq Bank” 2019-cu ilin yekunlarını açıqladı

10:40 - 27 / 01 / 2020
“Xalq Bank” 2019-cu ilin yekunlarını açıqladı

“Xalq Bank” ASC-nin 2019-cu ildə fəaliyyətinin nəticələrinə əsasən Bankın əsas maliyyə göstəriciləri stabil olaraq artmaqda davam edir.

Bank 2020-ci ilin əvvəlinə aktivlərinin həcmini ötən ilin əvvəli ilə müqayisədə 450.3 mln manat və yaxud 22.42% artıraraq 2.458 mlrd manata çatdırıb. Ötən ilin yekunlarına görə Xalq Bank ölkənin üç aparıcı özəl bankı arasında qərarlaşıb.

2019-cu ilin əvvəli ilə müqayisədə Bankın kapitalı 137.3 mln manat (48.59%) artaraq 419.73 mln manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə olan göstəricilərə görə Bankın kredit portfeli 1.830 mlrd manat təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 447.038 mln manat (32.33%) çoxdur. İlin yekunlarına görə “Xalq Bank” Azərbaycanın özəl bankları arasında ən böyük kredit portfelinə sahibdir.

2019-cu il ərzində həcmi 36.17% artaraq 1.715 mlrd manata çatan depozit portfeli Banka müştərilərin dərin inam və etibarını nümayiş etdirir.

Bank 2019-cu ili 41.970 mln manat mənfəətlə başa vurub. Bu da ötən ilin əvvəlinə olan mənfəətin həcmi ilə müqayisədə 57.6% artım deməkdir.

Ötən il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılmışdır. Bank xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətini olduqca vacib sayır, 2019-cu ildə müştərilərin istifadəsinə verilmiş “Mərdəkan” filialı Bankın sayca otuzuncu filialı oldu.

2019-cu ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B2 səviyyəsində, reytinq üzrə proqnozunu isə “Stabil” olaraq qiymətləndirmişdir. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime/(cr) səviyyəsində təsdiq etmişdir (16 aprel 2019).

2019-ci ildə Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində geniş ictimaiyyətə “Mirzə Şəfi Vazeh. Bütün əsərləri” toplusu və Xalq rəssamı Tağı Tağıyevin bədii albomu təqdim olunmuşdur. Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində nəşr olunan külliyatının təqdimatı Bakıda və Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. Bununla bağlı nüfuzlu Hümboldt universitetində elmi konfrans təşkil edilmişdir.

Ötən il fəaliyyətə başlamasının 15 illiyini qeyd edən “Xalq Bank” maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Bank 2019-cu il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar personalın səyi, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur.

Reklam hüququnda

Paylaş:
1394

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər