Xüsusi rejimdə işləyirik - Elmar Məmmədyarov | 1news.az | Xəbərlər
Siyasət

Xüsusi rejimdə işləyirik - Elmar Məmmədyarov

21:38 - 24 / 03 / 2020
Xüsusi rejimdə işləyirik - Elmar Məmmədyarov

Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər.

1news.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, koronavirus pandemiyası bu gün qlobal müstəvidə mübarizə aparılan bir təhdiddir və bu çərçivədə hər bir ölkə kimi Azərbaycan da öz vətəndaşlarının sağlamlığı, Azərbaycan cəmiyyətinin və dövlətimizin təhlükəsizliyi üçün bütün gərəkən önləyici və təsirli tədbirləri həyata keçirir

"Bu proses birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarəti altındadır. Bu günədək dövlətimiz hər zaman vətəndaşlarımızın yanında olmuş, onların üzərindən diqqəti əskik etməmişdir. Koronavirus infeksiyasının yayılması ilə mübarizə dövründə də dövlətimiz bütün səylərini səfərbər edərək, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda olan vətəndaşlarımızın sağlamlığını təmin etmək üçün ciddi tədbirlər görməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər. Burada bizim qarşımızda duran əsas məsələ, dövlətlər tərəfindən karantin rejimi və ya fövqəladə vəziyyət elan olunduğu, quru və hava nəqliyyatının məhdudlaşdırıldığı və bir çox hallarda dayandırıldığı bir vaxtda xüsusilə xarici ölkələrdə müvəqqəti olan (işləyən, təhsil alan və ya digər səbəblərdən səfərdə olan) vətəndaşlarımız haqqında operativ və dolğun məlumatın əldə edilməsi, onların müraciətlərinin cavablandırılması, düzgün məsləhətlərin verilməsi və əlaqələndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Məlum olduğu kimi, koronavirusla mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və həyata keçirilən tədbirlərlə bağlı bu Qərargah əhalini mütəmadi şəkildə məlumatlandırır. Öz növbəsində, XİN-in nəzdində də operativ qərargah mövcuddur, burada XİN-in 24 saat açıq olan qaynar xəttinə, eləcə də elektron poçtla gələn müraciətlərə cavab verilir. Paralel olaraq, bütün diplomatik nümayəndəliklərimizin qaynar xətləri fəaliyyət göstərir. Xarici ölkələrdəki vətəndaşlarımızdan hazırkı vəziyyətdə hər hansı müraciətləri ilə bağlı ilk növbədə bu qaynar xətlərə üz tutmalarını tövsiyə edirik".

E.Məmmədyarov, həmçinin qeyd edib ki, gün ərzində qaynar xətlərə yüzlərlə zəng daxil olur, elektron poçtumuza çoxsaylı məktublar göndərilir və onların hər biri cavablandırılır:

"İlk növbədə müraciət haqqında qeyd götürülür, zəng edən/məktub ünvanlayan şəxsin əlaqə nömrələri götürülür, daha sonra müraciətlə bağlı aidiyyəti diplomatik nümayəndəliyimizlə əlaqələndirmə həyata keçirilir və müraciətlər cavablandırılır, eyni zamanda məlumat Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürülür. Bu proses 7/24 davam edir. Gələn müraciətlərin əksəriyyəti xarici ölkələrdə müvəqqəti olan, təhsil alan və ya müxtəlif səbəblərdən səfərdə olan vətəndaşlarımız və onların yaxınları tərəfindən mövcud durumda necə davranmalı olduqları, geriyə dönüş mexanizmləri ilə bağlı məsləhətlərin alınması məqsədilə edilir. Məlumdur ki, dövlətimiz indiyədək 10.000-ə yaxın vətəndaşımızın xarici ölkədən Azərbaycana qayıtması üçün xüsusi çarter reysləri təşkil edib və qayıdan vətəndaşlarımız müvafiq yoxlamadan keçərək karantin rejiminə alınıblar. O da bəllidir ki, indiki vəziyyətdə vətəndaşlarımızın ölkəyə qayıtmasını təmin etmək üçün ilk növbədə karantin yerlərinin, xüsusi rejimli xəstəxanaların hazırlığı, onların müvafiq logistika ilə təmin edilməsi çox önəmlidir. Axı, karantin yerlərinin də məhdud olduğunu anlamalıyıq. Bu baxımdan, vətəndaşlarımızın bu məsələdə dövlətə dəstək olması, anlayış gəstərməsi çox vacibdir.

Əlbəttə, mən özüm bir valideyn kimi övladını yaranmış vəziyyətdə yanına gətirmək istəyən vətəndaşlarımızı başa düşürəm. Lakin, mövcud vəziyyətdə məsələ, elə övladlarımızın sağlamlığından, millətimizin təhlükəsizliyindən gedir və belə olduğu təqdirdə, emosiyaları bir tərəfə qoymalı, düşüncə və anlayış nümayiş etdirməliyik. Baxın, bir tərəfdən Ümumdünya Səhiyyə Təşkilatı vurğulayır ki, səfərlərdən çəkinin, bu gün bütün dünyada özünütəcrid təşviq olunur, bunun üçün dövlətlər xüsusi karantin rejimi, fövqəladə vəziyyət elan edirlər. Səbəb, yeni növ təhlükəli koronavirusun geniş yayılmasının qarşısını almaqdır, çünki səfərlər zamanı bu risk artır. Digər tərəfdən, qəbul edən ölkənin təhlükəsizliyi. Bizim halımızda Azərbaycanın təhlükəsizliyi. Odur ki, vətəndaşlarımızdan məsuliyyətli davranmalarını, səfərlərdən mümkün qədər çəkinmələrini, özünütəcrid qaydalarına riayət etmələrini israrla xahiş edirik".

Nazir əlavə edib ki, qlobal pandemiya ilə mübarizənin effektivliyi üçün beynəlxalq müstəvidə səylərin əlaqələndirilməsi, o cümlədən həm bu infeksiyanın yayılması ilə mübarizə, həm də onun doğurduğu fəsadların aradan qaldırılmasında digər ölkələrlə iş birliyi və təcrübə mübadiləsinin aparılması olduqca önəmlidir:

"Bildiyiniz kimi, ölkəmiz ÜST ilə sıx əməkdaşlıq edir, bu qurumun missiyası 9-13 mart tarixlərində ölkəmizdə səfərdə olmuşdur və Azərbaycanın koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirmişdir. Həmçinin ölkəmiz epidemiya ilə mübarizədə təcrübəsi olan ölkə qismində Çin tərəfi ilə məsləhətləşmələr aparır, mütəmadi olaraq ekspertlərin videokonfransları həyata keçirilir. Eyni zamanda, Türkiyə tərəfi ilə bu xüsusda əməkdaşlığımız mövcuddur. Qeyd etmək istərdim ki, ölkəmizin vətəndaşlarının Çinin Uxan şəhərindən təxliyə edilməsi zamanı qardaş Türkiyənin göstərdiyi dəstək beynəlxalq əməkdaşlığın ən gözəl nümunəsidir.

Bu gün ölkəmiz koronavirusla mübarizə sahəsində milli səviyyədə ciddi tədbirlər həyata keçirməkələ yanaşı, beynəlxalq müstəvidə mübarizəyə dəstək olur. İrana bu xüsusda Azərbaycan hökuməti tərəfindən humanitar əsaslarla 5 milyon ABŞ dolları yardım edildi. Həmçinin ÜST-ün "COVİD-19 müraciəti" fonduna ölkəmiz tərəfindən 5 milyon ABŞ dolları məbləğində yardım edilib.

Əminəm ki, bütün dünyanı əhatə edən koronavirus təhdidi ilə mübarizədə səylərimizi birləşdirərək və müvafiq əlaqələndirmə və əməkdaşlığı gücləndirərək səmərəli nəticələr əldə edəcəyik. Əlbəttə, üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və bu çətinliklərin ömrünü qısaltmaq üçün dövlətlər səviyyəsində atılan addımlara vətəndaşlar səviyyəsində dəstəyin verilməsi zəruridir. Yekunda isə bu günlərdə XİN-in də fəal şəkildə təşviq etdiyi bir həştəqi vurğulamaq istərdim: "gəlin hamımız hazırda yaşadığımız evlərdə qalaq və ölkəmizi qoruyaq". Bu günlərdə hər bir vətəndaşımızın nümayiş etdirdiyi məsuliyyətli davranış və özünütəcrid, koronavirus pandemiyasına qarşı mübarizədə ümumi səylərimizə ən faydalı töhfədir".

1news.az

Paylaş:
1041

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər